Ən yaxşı xarici seriallar

Ən yaxşı xarici serialların siyahısını hazırlamışıq. Bu seriallar fərqli kateqoriyalarda yer alır. Onları izləməkdən məmnun qalacağınıza, gözəl vaxt keçirəcəyinizə əminik. Həmin serialları təqdim edirik.

1. Shadow and Bone (2021) IMDb: 8,2

Shadow and Bone

Rus krallığında uşaq evində böyüyən iki gənc orduya qoşulur. Kainat iki yerə ayrılıb: bir tərəfdə qaranlıq qüvvələr və vəhşi canlılar, digər tərəfdə isə insanlar və sehrbaz ordusu. Qrişa güclərinə sahib Alina Starkov dünyanın qədərini dəyişdirə biləcəkmi?

Janr: dram, fantastik

2. The Falcon and the Winter Soldier (2021) IMDb: 8,2

The Falcon and the Winter Soldier

Serial iki super qəhrəman - Falcon və Winter Soldierin bir araya gəlib düşmənlərə qarşı birgə mübarizə aparmağından bəhs edir. Serialda Captain America, Baron Zemo vacib rollara malikdirlər.

Janr: macəra, fantastik, triller

3. Resident Alien (2021) IMDb: 8,4

Resident Alien

Serialın əsas obrazlarından olan Harry ona verilən vacib tapşırıq üçün dünyaya gəlir. Çətin enişdən sonra Kolaradonun kiçik bir qəsəbəsində həkim qiyafəsinə bürünür. Son tapşırığı icra etməyə çalışan Harry insanların xilas olunmasına kömək etməsinin vacibliyi barədə düşünür.

Janr: komediya, dram, elmi-fantastik

4. Superman and Lois (2021) IMDb: 8

Superman and Lois

Clark Kent və Lois Lan jurnalist olan evli cütlükdür. Övladlarına gözəl həyat vermək istəyən cütlük üzərlərində təzyiq hiss edir. Klark Kent yenidən Smallvillə köçməyə qərar verir. O, təhlükəli olayların öhdəsindən gəlmək üçün mübarizə aparır.

Janr: macəra, dram, fantastik

5. WandaVision (2021) IMDb: 8

WandaVision

Marvel obrazları arasında yer alan Wanda Maximoff and Visionun builki istehsalıdır. 6 seriayadan ibarət serialın ilk 2 seriaysında hər şey adi görünsə də, növbəti seriyalarda sirr, qorxu artır.

Janr: triller, fantastik, dram

6. Your Honor (2020) IMDb: 8,1

Your Honor

Bryan Cranstonun baş rolda oynadığı təsirli ekran işidir. Bryanın tələbə oğlü avtomobillə bir uşağı vurur. Onun mafiya liderinin oğlu olduğu öyrənilir. Cranston oğlunun başına pis olayların gəlməməsi üçün özünü təhlükəyə atır.

Janr: cinayət, polis, triller

7. Lupin (2021) IMDb: 7,6

 Lupin serialı
Serial Maurice Leblancın "Arsen Lüpen" əsəri əsasında çəkilib. Atasına edilən ədalətsizliyin intiqamını alan bir oğrüdan bəhs olunur. Bunun üçün görəcəyi ilk iş milyon dollar dəyərində olan bir qolbağı oğurlamaqdır.

Janr: cinayət, dram, triller

8. Watchmen (2020) IMDb: 8,1

Watchmen

Kostyumlu və maskalı bir qrup şəxs paralel dünyada günahkar olaraq göstərilir. Dövlət başçısı və polislər bu maskalı adamları tutmaq üçün çalışırlar. Həmin şəxslər günahsız olduqlarını sübut etmək üçün mübarizə aparırlar.

Janr: dram, sirr

9. The Mandalorian (2019) IMDb: 9,1

The Mandalorian

Star Wars heyranlarını həyəcanlandıran bir serialdır. Mandalorian mübarizəsini tək başına aparır və kəllə ovçusunun verdiyi tapşırığı yerinə yetirmək üçün çalışır.

Janr: elmi-fantastik

10. Gangs of London (2020) IMDB: 8,6

Gangs of London

Hadisələr dəstələrlə parçalara ayırılmış Londonda cərəyan edir. 20 ildir bölgədə gücünü qoruyan Finn Wallace sui-qəsdlə öldürülür. Bundan sonra güclərin nisbəti dəyişir, ancaq sui-qəsdi kimin etdiyi bəlli olmur. Finnynin oğlu Sean intiqam almaq istəyir. Baş rolda Joe Cole çəkilib.

Janr: cinayət, dram

11. Inside Look: The People v. O.J. Simpson (2016) IMDb: 8,

Inside Look: The People v. O.J. Simpson

ABŞ-lı idmançı O.J. Simpsonun cinayət davasındakı qarışıq hadisələrdən bəhs olunur. O, 90-cı illərdə cinayətdə şübhəli bilinərək tutulur. Öldürülənlər isə Simpsonun keçmiş arvadı və onun yanında olankişidir. Netflixdə yer alan 10 seriyadan ibarət serialı izləməyiniz tövsiyə olunur.

Janr: dram, cinayət

12. The Outsider (2020) IMDb: 8,1

The Outsider

11 yaşında vəhşicəsinə öldürülən uşağın cəsədi parkda aşkarlanır. Araşdırmalar nəticəsində məlum olur ki, qətli şəhərdə yaşayan məşhur iş adamı törədib. O, gözəl ailə başçısı hesab edilən Terry Maitlanddır. Terry həbs olunur. O, günahsız olduğunu sübut edə bilmir. Terrynin danışdıqları işin istintaqını bir qədər də mürəkkəbləşdirir.

Janr: dram, cinayət

13. Kingdom (2019) IMDb: 8,3

Kingdom

Aclıqdan, yoxsulluqdan dolayı krallıq məhv olmaqdadır. Həmçinin krallıqda insanları vəhşiyə çevirən bir epidemiya hökm sürür. İnsanlar haqsız yerə şahzadəni günahlandırırlar.

Janr: dram, qorxu

14. The Witcher (2019) IMDb: 8,3

The Witcher

İnsanlar və elflər uzun illər sülh içində yaşayıblar, sonradansa sülh sona çatır. Geralt of Rivia adlı sui-qəsdçi özü üçün vəd edilən uşağını gözləyir. Uşaq adi bir uşaq deyil. Dünyani dəyişdirəcək gücə malikdir.

Janr: macəra, dram

15. Altered Carbon (2018) IMDb: 8

Altered Carbon

Serialda insan zehni rəqəmsallaşdırılacağı və ruhlar bir bədəndən digərinə köçürüləcəyi halda nələrin baş verəcəyi əks olunub. Hər seriayası qeyri-adi səhnələrlə zəngindir.

Janr: dram, elmi-fantastik

16. The Good Doctor (2017) IMDb: 8,2

The Good Doctor

Autizm xəstəsi olan Shaun Murphynin başına gələn olaylardan bəhs olunur. O, usaq cərrahı peşəsinə yiyələnir. Serialı izləməyiniz tövsiyə olunur.

Janr: dram

17. The Vietnam War (2017) IMDb: 9,1

The Vietnam War

Sənədli serial olan ekran işində Vyetnam müharibəsindən bəhs olunur. Müharibədə iştirak edən şəxslərin danışdıqları real əhvalatlar əsasında çəkilib.

Janr: müharibə, dram

18. The Boys (2019) IMDb: 8,8

The Boys

Serialda Karl Uban, Jack Quaid, Antony Starr və Erin Moriarty kimi aktyorlar rol alıb. Super qəhrəmanların güclərindən pis məqsədlərlə istifadə etdikləri təsvir olunub. "The Boys" adlı qrup super güclərdən pis məqsədlə istifadə edənləri aradan qaldırmağa çalışır.

Janr: komediya, cinayət, elmi-fantastik

19. Taboo (2017) IMDb: 8,5

Taboo serialı

Baş rolda Tom Hardy çəkilib. James Keziah Delaney atasından ona qalan mirası tapa bilmək üçün Afrikadan Londona qayıdır. Ingiltərə və ABŞ-ın müharibə apardığı dönəmdə təhlükə ilə üzləşən Delaney Şərqi Hindistan şirkəti ilə başını bəlaya salır. Bundan sonra maraqlı hadisələr baş verir.

Janr: triller, dram

20. When They See Us (2019) IMDb: 9

When They See Us

Tarixdə "Central Park beşliyi" olaraq qalan və etmədikləri təcavüzə görə həbs olunan 5 gəncin hekayəsi əks olunub. Gənclərin adları Antron Mccray, Kevin Richardson, Yusef Salaam, Raymond Santana və Korey Wisedir.

Janr: dram

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
5318 dəfə oxundu
ilk.az-çılar nə deyir?