Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

“İndiki inkişaf mərhələsində bəşəriyyət beynəlxalq hüququn sistemli böhranını yaşayır. Terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və islamofobiya təhdidləri artır. İqlim dəyişmələri, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı risklər və problemlər mövcuddur”.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) cümə axşamı Astanada keçirilən Sammitində bildirib.

Türkiyə liderinin sözlərinə görə, bir sıra dövlətlər, o cümlədən Türkiyə beynəlxalq aləmdə ədalətin təmin edilməsinin zəruriliyi ilə bağlı prinsipial mövqedən çıxış edir. “Ankara hər fürsətdə diqqəti qlobal münasibətlər sistemindəki problemlərə yönəldir. Bədbinliyə qapılmamaq, mövcud vəziyyətdən çıxış yoluna çalışmaq vacibdir. Dünyada “güclünün hüququ” üstünlük təşkil etməməlidir. Bütün dünyada sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinə yönəlmiş beynəlxalq sistemin formalaşdırılması vacibdir. Türkiyə də məhz buna can atır”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, Ankara humanizm prinsiplərinə əsaslanan fəal xarici siyasət yürüdür. “Bu gün biz çalışırıq ki, ilk növbədə Türkiyənin yerləşdiyi regionda “sülh zonası” yaradaq”, - deyə Prezident bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə dövrümüzün təhlükələrini, o cümlədən terrorizm problemlərini hamıdan yaxşı bilir. “Son 40 il ərzində on minlərlə Türkiyə vətəndaşı terrorçuların qurbanı olub. Biz terrorizmin “qanlı üzünü” yaxşı bilirik, terrorçularla mübarizə aparmışıq və mübarizəmizi davam etdirəcəyik”, - deyə siyasətçi əmin edib.

Türkiyə Prezidentinin sözlərinə görə, terrorçulara qarşı mübarizədə maksimum effektivliyə nail olmaq üçün beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı qeyd edib ki, Ankara qeyri-qanuni miqrasiya, regional münaqişələr və terrorizmlə mübarizədə birgə addımların müzakirə edilməsi üçün ŞƏT-in çoxtərəfli dialoq platformasından istifadə etməyə hazırdır. O, qeyri-qanuni miqrasiya mövzusuna da toxunub. Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Fələstin və Əfqanıstan da daxil olmaqla böhranlı bölgələrə humanitar yardımın çatdırılması istiqamətində beynəlxalq səylərin önündədir.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
362 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 35
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 6 saat əvvəl
  • 44
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 7 saat əvvəl
  • 53
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 59
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 10 saat əvvəl
  • 70
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 10 saat əvvəl
  • 63