Ərdoğan: Son 22 ildə Türkiyənin müdafiə sənayesi layihələrinə 96 milyard dollardan çox investisiya qoyulub

Ərdoğan: Son 22 ildə Türkiyənin müdafiə sənayesi layihələrinə 96 milyard dollardan çox investisiya qoyulub

“Son 22 ildə Türkiyənin müdafiə sənayesi sahəsində bir inqilab etdik. 2002-ci ildə 62 müdafiə sənayesi layihəsi 1031-ə, 56 şirkət sayı isə 3500-ə yüksəldi. Ölkə üzrə müdafiə sənayesi layihələrinin ümumi həcmi 96 milyard dolları keçib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğla şəhərində keçirilən Aksaz Gəmiqayırma Zavodu Komandanlığının açılışı mərasimində çıxışı zamanı bildirib.

Prezident Ərdoğan deyib ki, Ordu üçün vacib əhəmiyyət kəsb edən “Pirireis” sualtı qayığı və üç yanacaq gəmisi ilə 3 min tonluq sualtı hovuz da istifadəyə verilir.

Layihəyə daxil edilən bütün sualtı qayıqların 2029-cu ilə qədər istifadəyə veriləcəyini qeyd edən Türkiyə Prezidenti deyib: “Hazırda öz döyüş gəmilərini layihələndirən, inşa edən və texniki xidmət göstərə bilən azsaylı ölkələr sırasındayıq. Təbii ki, bu bizi qane etmir. “MİLDEN” layihəsi ilə təxminən 138 ildir arzusunda olduğumuz sualtı qayığımızı hazırlayacağıq. “MİLDEN”i milli sistem və cihazlarla təchiz etməyi və onu tamamilə milli silahlarla istifadə etməyi hədəfləyirik. Beləliklə, biz dünyanın öz sualtı qayıqlarını dizayn və inşa edə bilən qabaqcıl ölkələr sırasında olacağıq. Tezliklə İstanbul Gəmiqayırma Zavodunda tikintisinə başlanacaq “TF 2000” Hava Hücumundan Müdafiə Döyüş Gəmisi ilə ölkəmizin hava hücumundan müdafiəsini mərhələli şəkildə dənizdən təmin edəcəyik” - deyə Ərdoğan bildirib.

Qeyd edilib ki, gələcəkdə Mersin vilayətində də gəmiqayırma zavodu inşa ediləcək. Bununla da İstanbul və Gölcük gəmiqayırma zavodları ilə yanaşı, Egey və Aralıq dənizi sahillərində dəniz vasitələrinin hər cür təmiri həyata keçiriləcək.

Qeyd edək ki, Aksaz Gəmiqayırma Zavodu Komandanlığı 13 min kvadratmetri bağlı olmaqla ümumilikdə 113 min kvadratmetr sahədə inşa edilib. Bu zavod Egey və Aralıq dənizinin kəsişməsində yerləşməklə strateji əhəmiyyət kəsb edir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
14 gün əvvəl
362 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 11 saat əvvəl
  • 64
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 132
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 137
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 142
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 145
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 150