Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasında konkret təkliflər irəli sürülüb və bu təkliflər üzv dövlətlərinin gündəmə gətirdiyi məsələlərdir: “Bu təkliflərdən birincisi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin akademik məlumat bazasının yaradılmasıdır. Bu təklif ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva edir. Beləliklə, üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər”.

Erol Özvar bildirib ki, universitetlərin uyğunlaşdırma və tanınma prosedurları ilə məşğul olacaq ortaq bir qurumun yaradılması təklif edilib: “Türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Tələbə aktivliyi də yüksək səviyyədədir. Lakin universitetlərin tanınması ilə bağlı ciddi problemlər var. Bu problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birini təmsil edən nümayəndələr bu fikri müsbət qarşıladılar”.

Türkiyənin Ali Təhsil Şurasının sədri qeyd edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin qəbul edəcəyi keyfiyyət təminatı agentliyinin olması vacibdir: “Biz də türk dövlətləri olaraq keyfiyyət təminatının ümumi standartlarını müəyyən etməliyik. Bununla bağlı fəaliyyət göstərəcək agentliyin qurulması barədə fikrə bütün nümayəndələr müsbət rəy veriblər. Yekun qərara görə, bu təkliflərin həyata keçirilməsi üçün komissiyalar yaradılacaq və komissiyanın son rəyi ölkə rəhbərliklərinə aidiyyəti üzrə təqdim ediləcək”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
453 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 55 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 45