Əsnəmək niyə keçicidir?

Qarşımızdakı insan əsnəyəndə bizi də əsnəmək tutur. Bunun səbəbini bilmirik. Bir çox məməlilərdə, bəzi quşlarda və sürünənlərdə də görülən əsnəmə, ağzın açılıb gözlərin yumulması və gərilməklə müşahidə olunan hərəkətdir.

Əsasən yorğunluq əlaməti olaraq bilinən əsnəmə, yuxudan oyandıqda da baş verə bilir və təxminən 6 saniyə davam edir. Aclıq və bədən istiliyi kimi məqamları idarə edən hipotalamusla bağlı olan əsnəmənin hədəfi dərindən nəfəs almaqdır. Əvvəllər əsənəmənin oksigenin azaldığı üçün baş verildiyi düşünülsə də, 1987-ci ildə aparılan təcrübələr bunu təkzib etdi. Əsnəmə insanın özünü yaxşı hiss etməsinə səbəb olduğu üçün psixoloji olması sübut edilməyib.

Əsnəmək haqqında

Əsnəmək davranışlı bir hərəkət ola bilər. Bu, əslində niyə keçici olduğunu izah edir. Məsələn, korlar üçün işləyən üsullardan biri əsnəyən birinin səsinin dinlədilməsidir. İnsanlar əsnəyən heyvan şəkli gördükdə və ya əsnəməklə bağlı bir yazı oxuduqda əsnəyə bilərlər. Bu məqaləni oxuduqda belə əsnəyə bilərsiniz. Digər açıqlamaya görə, əsnəmə insana yorğun olduğunu xatırladır.

Əsnəmə keçicidirmi?

İnsan beyni sinir sistemi vasitəsilə bədənimizə bir çox mesaj ötürür. Bunlardan biri də hərəkət-reaksiya məsələsidir. Əsnəyən birini görəndə biz də istər-istəməz əsnəməklə reaksiya veririk. Yəni, əsnəmək keçicidir.

Əsnəməyi dayandırmaq mümkündürmü?

Əsnəməyi dayandırmaq

Əsnəmə gözlərdə sulanmağa, əzələlərdə gərginliyə, yüksək səs yaranmasına səbəb olduğu üçün əsnədikdə bunu dayandırmaq istəyirik. Əsnəməyi dayandırmaq üçün su içə, üzümüzü yuya, açıq havaya çıxa və ya dərindən nəfəs ala bilərik.

Əsnəmə haqqında təəccüblü məlumat

Əsnəmə haqqında təəccüblü məlumat

Araşdırmalar əsnəməklə stresli və ya qorxulu vəziyyətlər arasında bir əlaqə olduğunu göstərir. Madaqaskar meymunlarının tez-tez əsnədikləri müşahidə olunub. Davranışlarını ətraflı araşdırdıqdan sonra, xüsusilə yırtıcıdan qaçmağı bacardıqlarında əsnədikləri məlum olub. Daha sonra təhlükəni hiss etdikləri zaman əsnəmələri müşahidə edilib. Tədqiqatçılar bir çox nəticəyə gəliblər. Birincisi, əsnəməyin stressin səbəb olduğu duyğuları azaltdığı öyrənilib. Həmçinin, təhlükəli vəziyyətdə əsnəmənin beynə siqnal ötürməsi məlum olub. Bu nəticələr insanlara da aiddir. Məsələn, idmançılar böyük bir yarışdan əvvəl tez-tez əsnəyirlər. Eyni davranış təhlükəli missiyalardan əvvəl və sonra orduda da müşahidə olunur. Bu səbəbdən əsnəmənin bir növ müdafiə mexanizmi olduğunu söyləyə bilərik.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3593 dəfə oxundu
ilk.az-çılar nə deyir?