Evdə bel ağrısını necə müalicə etmək olar? Bel ağrısı üçün 7 təbii vasitə

Bel ağrısı gündəlik işinizi və planlarınızı poza bilər. Bel ağrısı tez-tez ağır əşyaları qaldıranda və ya uzun müddət dizüstü kompüterinizin qarşısında oturanda yarana bilər. İnsanların təxminən 83% -i həyatlarının hər hansı bir mərhələsində bel ağrılarından əziyyət çəkirlər.

Bel əzələləri səbəbiylə yaranan bel ağrısının qarşısını alan bir neçə təbii üsul var. Aşağıdakı müalicə metodlarını düzgün tətbiq etsəniz, bel ağrılarından qısa müddətdə xilas ola bilərsiniz.

1. Buz müalicəsi

Bel ağrısı Buz müalicəsi

Buz, əzələ ağrısını müalicə edən ən geniş yayılmış üsuldur. Ağrı siqnallarını və şişkinliyi əhəmiyyətli
şəkildə azaldır. Hər gün bir neçə dəfə ən azı 20 dəqiqə boyunca belinizin ağrıyan nahiyəsinə buz qoyun.

2. İstilik müalicəsi

Bel ağrısı üçün istilik müalicəsi

İsti bir çox ağrını aradan qaldırır. Bel ağrısı üçün də istifadə olunan bir müalicə metodudur. Bir dəsmalı ilıq suya salın, yaxşıca sıxın və sonra ağrıyanyerinizi bu dəsmal ilə örtün. Dəsmalı ən azı 20 dəqiqə ağrılı yerinizdə saxlamağa çalışın və bunu üç-dörd gün ərzində təkrarlayın.

3. Masajla müalicə

Bel ağrısı masajla müalicə

Beliniz ağrıyırsa, masaj üsulundan istifadə edə bilərsiniz. Yatağa və ya divana uzanıb özünüzü masaj etdirin.

4. Gənəgərçək yağı ilə masaj

Bel ağrısı üçün gənəgərçək yağı ilə masaj

Gənəgərçək yağı ağrıkəsici və iltihab əleyhinə xüsusiyyətləri olan ricinoleik turşuya malikdir. Bel ağrısına səbəb olan qıcıqlanmanı müalicə edir. Bir qaşıq gənəgərçək yağını isidib onunla ağrıyan yerinizi masaj edin. Ağrı tam kəsənə qədər davam edin.

5. İngilis duzu ilə müalicə

Evdə bel ağrısının ingilis duzu ilə müalicəsi

İngilis duzu maqneziumla zəngindir. Maqneziumun ağrını azaltdığı barədə məlumat çoxdan bəri yayılıb. Vannaya bir az maqnezium duzu əlavə edin. 20 dəqiqə vannada qalın. Bel ağrısı tamamilə yox olana qədər bunu həftədə 3 dəfə təkrarlayın.

6. Sarıkök ilə müalicə

Bel ağrısı Sarıkök ilə müalicə

Sarıkök ağrıkəsici və iltihab əleyhinə xüsusiyyətləri olan ədviyyatdır. Bu xüsusiyyətlər bel ağrısını və simptomları minimuma endirməyə kömək edir. Bir stəkan süddə bir çay qaşığı sarıkökü yaxşıca qarışdırın. Bu qarışığı gündə iki dəfə səhər və axşam belinizə çəkin.

7. Zəncəfil ilə müalicə

Bel ağrısı zəncəfil ilə müalicə

Zəncəfil də ən güclü ağrıkəsici tərkibli ədviyyatlardan biridir. Bir stəkan isti suda dörd-beş dilim zəncəfili qarışdırın. Daha ləzzətli dad üçün bir az bal əlavə edə bilərsiniz. Çünki insanların çoxu zəncəfilin dadını bəyənmir. Bu qarışığı soyumadan əvvəl için və gündə iki dəfə təkrarlayın.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
4977 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 23 gün əvvəl
  • 495
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 726
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 805
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 727
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 804
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 2 ay əvvəl
  • 696