Evdə qaşları qalınlaşdırmağın 10 təbii üsulu

Qaşların qalınlığı və quruluşu gözəlliyə təsir göstərən amillər arasındadır. Son illər daha qalın və xüsusi formaya salınmış qaşlar dəbdədir. Bu məqaləmizdə qaşları təbii üsullarla qalınlaşdırmaqdan bəhs edəcəyik.

1. Sarımsaq

Sarımsağın qaşa faydaları

Sarımsağın qoxusu bəzi insanları narahat etsə də, faydaları olduqca çoxdur. Qaşları qalınlaşdırma üçün də sarımsaq istifadə olunur. Sarımsaq iki yerə bölünüb qaşlara sürtülür. 30 dəqiqə gözlədikdən sonra qaşlar suyla yuyulur. Sarımsaq tük köklərini qidalandıraraq qaşları qalınlaşdırır.

2. Fındıq

Fındıq

Fındığı tavanda qovurun. Soyuduqdan sonra qaşlarınıza xəfifcə sürtərək öz təbii yağını almasını gözləyin.

3. Hind yağı

Hind yağının qaşa faydaları

Hind yağı qaşların qalınlaşması üçün ən yaxşı vasitələrdən biridir. Hind yağını barmaq uclarınıza damcıladın qaşlarınıza çəkin. Yarım saat gözlədikdən sonra üzünüzü ilıq suyla yuyun. Bu prosesi ən azı 6 həftə tətbiq edin. İstifadədən əvvəl bu yağa qarşı allergiyanızın olub-olmamasını yoxlayın.

4. Yumurta sarısı

Yumurta sarısının qaşa faydaları

Biotin baxımından zəngin olan yumurta sarısı qaşların uzanması və qalınlaşması üçün vacib məhsuldur. Bir yumurtanın sarısını yaxşıca qarışdırıb qaşlarınıza sürtün. 20 dəqiqədən sonra yuyun. Bu tətbiqi həftədə 2-3 dəfə təkrarlayın.

5. Vazelin

Vazelin

Vazelin dəri altını nəmləndirir və qidalandırır. Bunun sayəsində çıxacaq tüklərin daha sağlam olmasına kömək edir. Azacıq vazelini qaşlarınıza sürtü. Səhəri gün ilıq suyla yuyun.

6. Zeytun yağı

Zeytun yağının qaşa faydaları

Zeytun yağı A və E vitaminləri sayəsində qaşları qalınlaşdırır. E vitamini tükləri qidalandırır, A vitamini isə qalınlaşdırır. Təmiz zeytun yağını qaşlarınıza çəkin və barmaqlarınızla masaj edin. İki saat gözlədikdən sonra üzünüzü ilıq suyla yuyun.

7. Badam yağı

Badam yağının qaşa faydaları

Badam yağını qaşlarınıza dairəvi hərəkətlərlə sürtün. Bir gecə saxladıqdan sonra yuyun. Hər gün bu üsuldan istifadə edə bilərsiniz.

8. Aloe vera geli


Aloe vera geli

Aloe vera geli tərkibindəki maddələr sayəsində qaşların qalınlaşmasını təmin edir. Aloe vera yarpağını soyaraq gelini çıxarın. Bu geli qaşlarınıza sürtüb 30 dəqiqə gözləyin. Gündə bir neçə dəfə bu prosesi tətbiq edə bilərsiniz.

9. Süd

Südün qaşa faydaları

Süd tərkibindəki minerallar sayəsində tük çıxmasını sürətləndirir. 1 xörək qaşığı südüpambığa batırıb qaşlarınıza çəkin. 15 dəqiqə gözləyib yuyun.

10. Soğan suyu

Soğan suyunun qaşa faydaları

Soğan suyu qaşların qalınlaşmasını və ya çıxmasını sürətləndirir. 1 qaşıq soğan suyu, 1 çay qaşığı limon suyu və çay qaşığı suyu yaxşıca qarışdırın. Bu qarışığı pambıqla qaşlarınıza sürtüb bir saat gözləyin. Daha sonra başqa pambıq parçasını limon suyuna batırıb qaşınızı təmizləyin.

Qaşları qalınlaşdıran məhsullar

1. Diamond Hair qaş & kirpik serumu

Diamond Hair qaş & kirpik serumu

Diamond Hair markasının bu serumu qaşlarda olan Peptide molekullarını hərəkətə gətirərək təbii yollarla sürətləndirir. Bitki tərkibli bu məhsul xüsusi formulu sayəsində tük köklərini qidalandırır və canlandırır.

2. Luis Bien mavi qaş kirpik serumu

Luis Bien mavi qaş kirpik serumu

Möcüzəvi formulu sayəsində qaşlarınıza gözəl şəkildə qulluq göstərir. Davamlı istifadə zamanı qaşları daha dolğun və həcmli göstərir.

3. Fit & Alive Fitalive qaş, kirpik qulluq serumu

Fit & Alive Fitalive qaş, kirpik qulluq serumu

Qaşları üzadan və gücləndirən serum qısa müddətli istifadə zamanı öz effektini göstərir. Bu məhsul sayəsində daha dolğun və sağlam qaşlara sahib ola bilərsiniz.

4. Sinoz qaş və kirpik dolğunlaşdırıcı serum

Sinoz qaş və kirpik dolğunlaşdırıcı serum

Tərkibindəki B8 vitamini sayəsində qaş və kirpiklərin tökülməsini önləyən serum, pul-pul tökülən qaş dərisini də sağladır. Dəridəki kollagen istehsalını dəstəkləyərək rahatlama hissi bəxş edir.

5. Arifoğlu qaş, kirpik qulluq yağı

Arifoğlu qaş, kirpik qulluq yağı

Müxtəlif səbəblərdən dolayı canlılığını itirən, seyrəkləşən və tökülən qaşlar üçün xüsusi olaraq hazırlanan bu serum ilk istifadədən etibarən köklərə nüfuz edərək dibləri və saç uclarını bərkidir. Davamlı istifadə nəticəsində qaşlar qalınlaşır və daha dolğun görünüşə sahib olur

Məqaləyə emosiya bildir:
1 il əvvəl
3895 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qabarıq üz xətlərinə sahib olmaq üçün nə edə bilərik?
Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki...
  • 12 gün əvvəl
  • 395
Üz gözəlliyi üçün almacıq sümükləri niyə vacibdir?
Almacıq sümükləri qulaq, göz, burun, göz və çənə arasında yerləşən bir cüt...
  • 3 ay əvvəl
  • 852
10 ən yaxşı bədən spreyi
Bədən spreyləri markalarına görə fərqli miqdar və özəlliklərdə hazırlanan və bizə...
  • 3 ay əvvəl
  • 719
Canlı və yumşaq saçlar üçün ən yaxşı qulluq məhsulları
Fen tətbiqi, hava şəraiti, günəş, stress və yanlış saç məhsullarının istifadəsi...
  • 4 ay əvvəl
  • 651
Ən yaxşı makiyaj təmizləyici məhsullar
Makiyajınızı silərkən istifadə edə biləcəyiniz bir çox məhsul var. Həmin məhsullardan...
  • 5 ay əvvəl
  • 796
Məsamələri aradan qaldıran ən yaxşı makiyaj nümunələri
Xüsusilə yay aylarında makiyajınızın daha uzun müddət qalması üçün makiyaj astarından...
  • 6 ay əvvəl
  • 1086