Evlilik ildönümü mesajları - Mənalı və gözəl yubiley sözləri 2022

Yenilənmə tarixi: 2022-04-12

Bir ömür boyu birlikdə yaşamağa söz verən cütlüklərin xoşbəxt evliliyinin sirri, şübhəsiz ki, xüsusi günləri unutmamaqdır. Bu xüsusi gündə həyat yoldaşınıza aldığınız hədiyyə ilə yanaşı, gözəl yubiley sözləri ünvanlaya bilərsiniz. Ən romantik, emosional və gözəl evlilik ildönümü sözlərini təqdim edirik.

Həyatı paylaşdığı ömür-gün yoldaşını bu özəl gündə unutmadığını göstərmək istəyənlər gözəl evlilik ildönümü mesajlarından istifadə edə bilərlər.

Ən gözəl Evlilik ildönümü mesajları

Hər gün üzümdə böyük bir təbəssümlə oyanıram. Çünki gözlərimi hər açdıqda səni görürəm. Mənə sonsuzadək “hə” dediyin və həyatımın bir parçası olduğun üçün sənə minnətdaram. İlimiz mübarək olsun.

Yanında olanda xoşbəxt oluram. Bu xoşbəxtliyi səninlə paylaşmaq çox gözəldir. Səni çox sevirəm, əzizim. Birlikdə çoxlu evlilik ildönümləri keçirməyimizi arzu edirəm.

Evlilik ildönümü mesajları

Məni özünə aşiq etditməyi bacaran yeganə insan sənsən. Gözəlliyin, mövcudluğun, lətafətin məni sehrlədi. Həyatımı daha gözəl etdiyin üçün minnətdaram sənə. Səninlə həmişə birlikdə olmaq istəyirəm.

“Səni sevirəm” cümləsi sənin kimi bir qadın üçün yetərli deyil. Sən mənim yeganə sevgim, həyatım, qadınımsan. Səninlə daha bir il keçirdiyimə görə özümü şanslı sayıram. Hər il səni daha çox sevəcəyimə əmin ol.

Evlilik yubiley sözləri

Əlindən tutub, hara getdiyini bilmədən addımladığın biri olmalıdır. Mən bu yolda sonuna qədər səninlə addımlamağı, sənin əlindən tutmağı seçmişəm…

Evlilik yubiley sözləri

Səninlə həyatımı birləşdirmək ən böyük xoşbəxtlikdir. Evlilik ildönümümüz mübarək olsun!

İllər keçsə də, sənə olan məhəbbətim ilk gündəki kimi təzə və təravətlidir. Evlilik ildönümümüz mübarək.

Daha neçə-neçə illəri birlikdə keçirəcəyimizə ümid edirəm. Səni hər ötən il daha çox sevirəm.

Evlilik yubiley sözləri

Məni mən edən sənin varlığındır. Həyatımda olduğun üçün sənə təşəkkür edirəm. Səni həmişə ilk günkü kimi sevəcəyəm.

Sənin bircə gülüşün məni cənnətə aparır. Həmişə orada səninlə yaşamaq istəyirəm. Həmişə mənə necə gülmüsənsə, bundan sonra da elə gül.

Səni sevməyin verdiyi gücü içimdə yaşayıram. Sənin sevgin məni mənalandırır. Ən gözəl gözlərə sonsuza qədər baxmaq istəyirəm. İldönümümüz mübarək olsun, əzizim.

Dünyama sonsuz işıq oldun. Məni sevginlə aydınlatdın. Məni mən edən sən oldun. Hər şeyi sənə borcluyam. Bir ömür səninlə birlikdə olmaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

Evlilik ildönümümüz mübarək

Canıma can qatan insan, səbəbim də sənsən, nəticəm də sən… Bir-birini tutan əllərimiz heç zaman ayrılmasın. İldönümümüz mübarək!

Mənə sarıldığın an sanki yenidən dünyaya gəlirəm. Sənin sevgin məni canlandırır.

Mənalı evlilik ildönümü  sözləri 2022

Hələ də bir-birimizə heyranlıqla baxırıq. Övladlarımıza da belə baxmağımızı istəyirəm. Səninlə sonsuza qədər birlikdə olmaq istəyirəm.

Mən təkcə səninəm, dünən olduğu kimi, bu gün də sənə aidəm. Birlikdə keçəcək illərimiz heç tükənməsin.

Mən təkcə səninəm

Əllərimiz bir-birini daha bərk tutsun, heç zaman ayrılmasın.

Xoşbəxtliyimizin bir ömür davam etməsini diləyirəm, gözəl həyat yoldaşım.

Neçə-neçə illəri birlikdə keçirmək diləyi ilə, əzizim...

Mən səni hər il daha çox sevirəm. Yubileyimiz mübarək əzizim.

Sevgi iki bədəndə yaşayan bir ruhdan ibarətdir. Ruhum, evlilik ildönümümüz mübarək.

Evli cütlüklər üçün təbrik

Evlilik yalnız səninlə mənalanır. İldönümümüz mübarək olsun.

Hər günümüz bir-birimizi daha çox sevmək və bir-birimizlə daha çox ünsiyyət qurmaqla keçsin.

Bu gün, sabah və əbədi olaraq səni özüm qədər sevirəm. Evlilik ildönümümüz mübarək.

Məni mən edən sənin varlığındır. Həyatımda olduğuna görə sənə təşəkkür edirəm. Səni sevirəm.

Həyatımız boyu bir almanın iki yarısı kimi bir-birimizi tamamlayaq.

Evlilik gözəl mesaj

Evlilik əbədiyyətə doğru ilk addımı atmaqdır. Xoşbəxtliyimiz əbədi olsun, sevgimiz tükənməsin.

Həyatımız boyunca günəş həmişə önümüzdə, kölgələrsə arxamızda olsun. Səni çox sevirəm, canım.

Birləşən əllərimiz və qəlblərimiz heç vaxt ayrılmayacaq. İldönümümüz mübarək.

Evlilik ildönümü mesajları

Hər günümü səninlə yaşamaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

Sənə həyat yoldaşınla birlikdə dinc və xoşbəxt bir həyat arzulayıram. Hər ikinizi təbrik edirəm və xoşbəxtlik arzulayıram.

Dünyadakı ən böyük xoşbəxtlik gözəl bir evlilikdir. Səninlə çox xoşbəxtəm. Evlilik ildönümümüz mübarək.

ən gözəl evlilik mesajları

İllər keçsə də, sevgimiz ilk günki kimidir. Yaşatdığın və yaşadacağın bütün xoşbəxtliklərə görə sənə minnətdaram.

Ömrünüz boyu sizə ən gözəl günləri, ən sevincli anları və sevginin zirvələrini arzulayıram. Təbriklər...

Həyat adlanan bu yolu səninlə bölüşmək böyük uğurdur mənim üçün. Yaxşı və pis gündə birlikdə olmağımızı arzu edirəm.

mənalı və gözəl yubiley sözləri

Bir-birinizi bir ömür sevməyinizi və xoşbəxt, dinc yaşamağınızı arzulayıram. Əlləriniz bir-birindən ayrılmasın.

Dilək tutmaq üçün ulduzun uçmasına nə gərək var? Qəlbimin qəlbinə sığınması da kifayətdir... İldönümümüz mübarək.

Eşq, küləyin gətirdiyi toxumların düşdüyü yerdə açan çiçəkdir. Səni çox sevirəm. Evlilik ildönümümüz mübarək olsun.

Bu xoşbəxt anlarda nəfəs almağı belə unuduram. Sanki ölümsüzlüyü tuturam. Həyatımın mənası, sonsuza qədər birlikdə olmaq ümidi ilə...

İllər keçsə də, evlilik ildönümümüzdən etibarən sənə olan sevgim ilk gündəki kimi təzədir. Evlilik ildönümümüz mübarək.

Gözlərinin “qəhvəsindən” qoy ömrümə, qırx ili xətrinə “səndə” qalım. Yaxşı ki, həyatımın sahibisən. İldönümümüz mübarək, əzizim.

gözəl yubiley yazıları

Allah bizə və ailəmizə uzun, dinc və sağlam ömür nəsib etsin. Bizi bir-birimizdən ayırmasın. Evlilik ildönümümüz mübarək, əzizim.

Gülüşün cənnətdən atılan çörək qırıntıları kimidir! Səni bir sərçə kimi qarın toxluğuna sevirəm. İldönümümüz mübarək, sevgilim.

Ey canımın sahibi, yar! Sən mənim yanımda olduqdan sonra itirdiklərimin nə əhəmiyyəti var... Yaxşı ki, səninlə evlənmişəm. Evlilik ildönümümüz mübarək.

Günəşin donduğu bir alov görsən, bil ki, o sənin üçün yanan qəlbimdir. Evlilik ildönümümüz mübarək, səni çox sevirəm.

Sən mənim ömrümün sahibi, həyatımın sevinci, övladımın anası, əziz həyat yoldaşımsan. Yaxşı ki, varsan. İldönümümüz mübarək.

qısa evlilik ildönümü mesajları

Yenidən ümidsizliyə qapılmamaq üçün səni tanımaq kifayətdir. Dünyamı gözəlləşdirən sevgilim, varlığım üçün minnətdarlığım.

Mən səni hər zaman sevirəm. Göy üzünün aydınlığı qədər sevirəm. Yağış damlaları hər düşəndə, torpaqda çiçəklərin açması qədər sevirəm. İldönümümüz mübarək.

Bir gün getsən, qəlbimi yerindən çıxarmadan getmə. Qəlbimə güllə vurmadan getmə. Evliliyimiz mübarək olsun.

Sən ruhuma damlamadıqdan sonra mən bu bədəndə nə edim? Sevgi də sənsən, həsrət də sənsən, mən də sən... Hər şeyim sənsən, əzizim. Evlilik ildönümümüz mübarək.

Toyumuz illər əvvəl idi. İlk günün həyəcanı, sevinci və xoşbəxtliyi hələ də gözlərimizdədir. Yeganə arzum bu gözlərdə bir ömür boyu rahatlıq tapmaqdır. Evlilik ildönümümüz mübarək olsun.

Uzun evlilik ildönümü mesajları

Biz bir-birimizə məxsus iki ürəyik. Özümüz üçün iki nəfərlik bir dünya yaratdıq. İki nəfərlik dünyamız övladlarımız və nəvələrimizlə şənlənsin.

Səni nəcib insanların sadə sevgisi ilə deyil, sadə insanların nəcib sevgisi ilə sevdim. Gözəl sevgimizə nöqtə qoyma, sənə bir dəstə vergül gətirdim. Evlilik ildönümümüz mübarək.

Yaşlanmaq , xəyallarımızı bölüşmək və hər zaman irəliyə baxmaq üçün çıxdığımız yolda çiyin-çiyinə, yan-yana olmaq diləyi ilə... Evlilik ildönümümüz mübarək.

Evimin başçısı, ürəyimin sahibi əziz ərim. Allah daha bir ili sənin gözlərinə baxaraq keçirməyi nəsib etsin. Allah sənin başımızdan əskik etməsin. Yubileyiniz mübarək.

mənalı evlilik sözləri!

Alnımın yazısı, gözəl mələyim. Yaxşı ki, evlənmək üçün məni seçdin. Səni çox sevirəm, gözəl arvadım. Evliliyimizin növbəti ilini təbrik edirəm.

Günəş doğmağı, səhər açılmağı, yağış yağmağı unuda bilər, mən isə səni əsla unutmaram. Çiçəklər açmağı, quşlar uçmağı unuda bilər, mən səni unutmaram. İldönümümüz mübarək.

Bir baxış bəzən dərman, bəzənsə zəhərli oxdur. Bir baxış aşiqə nələr-nələr anladar... Bir baxış aşiqi saatlarla ağladar. Səni sevirəm. Evlilik ildönümümüz mübarək olsun.

Sənə yüzlərlə məna verdim: böyük bir qadın, kiçicik uşaq, məsum körpə, şəfqətli ana, vəfalı bacı, güldürən qardaş, şirin sevgili, gözəl dost və ideal həyat yoldaşı. Evlilik ildönümümüz mübarək.

İldönümümüz mübarək əzizim

Birlikdə gülmək, səyahət etmək, xoşbəxt olmaq, sevinc yaşamaq və ən əsası daim bir-birinizi sevmək üçün çox "vaxtımız"ın olmasını arzu edirəm. Əllərimiz və gözlərimiz bir-birindən ayrılmasın.

Sənin üçün darıxmaq, soyuq bir qış axşamı üşümək kimidir. Yağışın altında titrəyə-titrəyə islanmaq kimidir. İsti yer tapıb sığınmağı necə istəyirlərsə, mən də səni elə istəyirəm. Nəfəsinlə qızınmaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

Nə zaman bir şeir səslənsə ağlımdasan, nə zaman bir zəng gəlsə qarşımdasan. Tanrının ən gözəl hədiyyəsi, həyatımın ən həqiqi yalanısan. Bütün vərdişlərimi əzbər bilən, göz yaşlarımı silən, dünyanın ən gözəl qadını, ildönümümüz mübarək.

Evlənmək üçün keşməkeşli yollar aşdıq. Gah güldük, gah ağladıq, gah ayrıldıq, gah barışdıq. Ancaq bir-birimizə olan sevgi və bağlılığımız heç vaxt azalmadı. Canımın yarısı idin, artıq hamısısan. Səni sevirəm, evlilik ildönümümüz mübarək.

Səni sevirəm, evlilik ildönümümüz mübarək

Məqaləyə emosiya bildir:
3 il əvvəl
117548 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (3)
Aylin (6 ay əvvəl)
$$$$
Ayçin (1 il əvvəl)
Bu gün evlilik il dönümümuz ❤️
Leman (1 il əvvəl)
Mende sevirem Rufeti
Oxşar yazılar
28 May Respublika Günü sözləri 2022
28 May günü Azərbaycan xalqı üçün əziz gündür. 1918-ci il mayın 28-də qəbul edilən...
  • 1 il əvvəl
  • 9987
Doğum günü tortunun üzərinə yazılacaq ən gözəl sözlər
Doğum günü bir insanın özünü xüsusi etdiyi günlərdən biridir. İnsan öz doğum...
  • 1 il əvvəl
  • 41794
Sevgililər və yeni evlilər üçün aydönümü mesajları
Ən gözəl ay dönümü mesajları, sevgilinizə göndərmək üçün həmçinin yeni evlilər...
  • 1 il əvvəl
  • 18461
Hədiyyə üzərinə yazıla biləcək ən gözəl yazılar
Dostlara, sevgiliyə və digər doğma insanlara veriləcək hədiyyələrin üzərinə yazılacaq...
  • 2 il əvvəl
  • 17212
Qayınataya ad günü təbrikləri
Qayınatanın doğum günü ilə bağlı təbrik mesajlarını bir araya toplamışıq. Onları...
  • 6 ay əvvəl
  • 35735
Qayınana üçün doğum günü mesajları
Qayınanaları təbrik etmək üçün ən gözəl mesajları bir yerə toplamışıq. Onları...
  • 8 ay əvvəl
  • 31178