Evliliyi gücləndirmək üçün 5 tövsiyə

Evlilik həyatı özündə yaxşı və pis zamanları ehtiva edir. Pandemiya şərtləri evlilik həyatına da müəyyən dərəcədə təsir göstərir. Mütəxəssis Sevgi Keleş evliliklə bağlı maraqlı fikirlər səsləndirib.

Evlilik iki insanın bir olmaq prosesidir. Cütlüklər mən olmaqdan biz olmağa gedən yolda müxtəlif sınaqlarla, əngəllərlə üzləşirlər. Evlənərkən olan hisslər, davranışlar zamanla dəyişə bilir. Sevgi Keleşin tövsiyələrini təqdim edirik:

Günün dəyərləndirilməsi birlikdə edilməlidir

Evliliyi gücləndirməyin yolları

Cütlüklər necə bir gün keçirdikləri ilə bağlı azı 20 dəqiqə ərzində bir-biri ilə danışmalıdır. Onlar qarşı tərəfi həqiqətən də anladıqlarına əmin olmalıdırlar. Günü həyat yoldaşının baxış tərzinə görə dəyərləndirmək ona özünü pozitiv hiss etməyə kömək edəcək.

Cütlüklər birlikdə keçirəcəkləri zamanları planlaşdırmalıdırlar

Evlilikdə birlikdə zaman keçirmək

İş yorğunluğu, gündəlik şərtlər kimi müxtəlif səbəblərə görə cütlüklər birlikdə keçirəcəkləri zamanları təxirə sala bilərlər. Buna görə onlar bu baxımdan planlaşdırmanı əvvəlcədən etməli və görüş prosesini hissləri, duyğuları rahat ifadə etməyə zəmin yaradacaq şəkildə qurmalıdırlar. Üz-üzə və ya telefon danışması sonunda sevgi sözləri ilə görüşü bitirmək, ərlə arvada özlərini dəyərli və sevgi dolu hiss etdirəcək.

Cütlüklər arasında təmas kəsilməməlidir

Cütlüklər arasında təmas

Araşdırmalar göstərir ki, evliliyində böhran yaşayan cütlüklərin əksəriyyəti təması azaltmış şəxslərdir. Həyat yoldaşı ilə təmas qurmaq həm fiziki, həm də ruhi olaraq bütövləşməyə kömək edir. Toxunmaq münasibətləri bəsləyir. Bu təmas yalnız cinsi baxımdan nəzərdə tutulmur. Məsələn, televizorun pultunu əldən-ələ verərkən belə əl-ələ tutmaq, romatik anlara zəmin yarada bilər.

Münasibətlərdə böhran idarəetməsi vacibdir

Evli cütlüklər

Hər münasibətdə mübahisə və fikir ayrılıqları olur. Burada əsas məsələ insanların neqativ durumlara verdiyi reaksiyalardır. Münasibət xətalarının əksəriyyəti insanların özlərini doğru ifadə etməməsi ilə əlaqədardır. Qəzəbləndikdə, stressə girdikdə bədən dilimiz, səs tonumuz dəyişir. Buna görə mübahisə etdikdə dərhal cavab vermək əvəzinə biraz zaman istəmək, sakitləşmək və doğru sözləri işlətmək önəmlidir. Çünki böhran doğru idarə edilmədikdə əsəbiləşərkən arzuolunmaz sözlər işlədilə bilər.

Evlilik uzun bir səyahətdir

Evliliklə bağlı fikirlər

Evliliyə müxtəlif təcrübələrin yaşandığı, enişlərin, çıxışların olduğu uzun bir səyahət kimi baxmaq olar. Bu səyahəti komfortlu hala gətirənlər bir-birilərinə qarşı sevgi və hörməti itirməyənlərdir. Qarşılıqlı edilən kiçik səhvlərə məhəl qoymamaq münasibətləri mənfiliklərdən qoruyur. Evlilik həyatı üçün ailə terapevtləri, ailə psixoloqları dəstək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sevgi Keleş evliliklərini gücləndirmək istəyənlərə verdiyi tövsiyələrə əlavə olaraq bunu da qeyd edib. Evləndiyiniz an əlinizə bir stəkan su aldığınızı düşünün. Hər mübahisənin, hər mənfi durumun bu suyu azaltdığını unutmayın. Suyu artırmaq üçün isə anlamaq, sevmək və münasibətin ləzzətini kəşf etmək gərəkdir.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
2
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3154 dəfə oxundu
ilk.az-çılar nə deyir?