Facebook logosunu yenilədi

Facebook logosunu yenilədi

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” loqotipini dəyişib. Ancaq qeyd edək ki, sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək.


Mark Zukerbergin korporasiyasının yeni loqotipində bütün hərflər böyük hərflə yazılıb və şrift xüsusi hazırlanıb. Buna baxmayaraq, yeni loqotip çox adi görünür.

Facebook logosunu yenilədi

Yeni loqonun gif versiyasında “Facebook” sosial şəbəkəsinə daxil olan “Instagram”, “WhatsApp”, “Osulus” və digər şirkətlərin rəng çalarları görünür. Belə ki, burada mavi (“Facebook”un özü), göy qurşağının narıncı-bənövşəyə çalarları (“Instagram”), yaşıl (“WhatsApp”) rənglər diqqət çəkir.

Rəsmi olaraq, yeni loqotip yaxın gələcəkdə sənədləşmə və marketinq materiallarında da istifadə olunmağa başlanacaq.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
5623 dəfə oxundu
ilk.az-çılar nə deyir?