Facebook və Twitter arasındakı 10 fərq

Ən çox istifadə olunan iki tətbiq: Facebook və Twitter arasındakı fərqləri bir araya gətirmişik. Hər kəsin bilmədiyi həmin fərqləri təqdim edirik.

Facebook bir milyarddan artıq istifadəçisi ilə ən çox istifadə olunan sosial şəbəkə hesab olunur. Twitter də son illərdə xüsusən populyarlıq qazanıb. Hər iki tətbiq yeni xüsusiyyətlər yaradaraq istifadəçi cəlb etmək üçün mübarizə aparır. Facebook və Twitter kimi proqramlar sayəsində ən məşhur simalarla yazışmaq, danışmaq imkanı yaranır. Hər iki sosial şəbəkənin özlərinə məxsus üstünlükləri mövcuddur.

Facebook və Twitter-in istifadəçi sayı

Facebook və Twitter

Bütün dünyada Facebook istifadəçilərinin sayı daha çoxdur. Dünyada yaşayan hər yeddi insandan biri, yəni bir milyard insan Facebook-dan istifadə edir. Twitter-də isə bu, 14-ün 1-ə olan nisbətidir. Bu isə o deməkdir ki, Twitter istifadəçilərinin sayı 517 milyona çatır. Aradakı fərq 500 milyon civarındadır.

Ən çox istifadə edilən tətbiq

Ən çox istifadə edilən tətbiq

Yüzlərlə sosial media platforması olsa da, ən çox istifadə edilən tətbiq məhz Facebook-dur. Twitter-ə orta yaşlı və yaşlı insanların daha çox maraq göstərdiyini deyə bilərik.

Qeydiyyatdan keçmək məqsədləri

Qeydiyyatdan keçmək məqsədləri

Əksər insanlar keçmiş dostlarını və qohumlarını tapmaq üçün Facebook işlədirlər. Twitter-də isə durum fərqlidir. Twitter istifadəçilər məşhur sənətçiləri və siyasətçiləri izləmək istəyirlər.

Profil məlumatları baxımından fərqlər

Profil məlumatları baxımından fərqlər

Facebook-da istifadəçilər haqqında daha çox məlumat mövcuddur. Oxuduğu məktəb, universitet, qohumları, sevdiyi kitab və filmlər kimi məlumatlar əks olunur. Twitter-də isə profil məlumatları azdır.

Dostluq göndərmək

Dostluq göndərmək

Facebook-da "dostluq göndərmək" funksiyası var, Twitter-də bu funksiyanın adı "izləmək"dir.

Zaman fərqlilikləri

Zaman fərqlilikləri

Facebook-da insanların keçmişi, bu günü və gələcəyi ilə bağlı paylaşımlar görmək olar. Twitter isə cari vaxtdan ibarətdir.

Qruplar

Facebook Qruplar

Facebook-da hamının bir arada olduğu qruplar mövcuddur. Twitter-də isə istifadəçilər fərdi qaydada yer alırlar.

Tanıdıqları və tanınmayanlar

Tanıdıqları və tanınmayanlar

Facebook-da tanıdıqları əlavə olunur. Twitter-də isə tanımadıqlarını da izləmək olur.

Video və foto

Video və foto

Facebook-da ən çox videolar paylaşılır. Twitter-də isə xüsusən foto və xəbərlər paylaşılır.

Oyunlar

Facebook Oyunlar

Facebook istifadəçilərinə oyun oynamaq imkanı yaradır. Twitter istifadəçilərinin isə belə imkanı yoxdur.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
1
emotion
1
emotion
1
emotion
1
emotion
2
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
6331 dəfə oxundu
ilk.az-çılar nə deyir?