FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə təlim keçirib.

Nazirlikdən bildiriblər ki, təlimə FHN-in Cənub Regional Mərkəzi ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin heyəti cəlb olunub.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğını operativ söndürərək”, deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri təxliyə edib onlara təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Uğurla keçən təlimin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
416 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Balakəndə qəza törədən motosikletçi komaya düşüb
Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü...
  • 14 dəq. əvvəl
  • 4
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 1 saat əvvəl
  • 13
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 16
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 2 saat əvvəl
  • 29
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 4 saat əvvəl
  • 35
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 4 saat əvvəl
  • 40