Filippində qəribə adət: tabutları uçurumun kənarından asırlar

Yenilənmə tarixi: 2021-08-29

Filippinin Saqada xalqı cənazələrini torpağa dəfn etmək əvəzinə, tabutlara qoyub uçurumun kənarından asır.

Tabutları asmaq Çindəki bəzi milli azlıqlara, xüsusən Bo xalqına məxsusdur. İlk dəfə Min sülaləsinin illik kitablarında qeyd edilmişdir. Müxtəlif formalı içi boş tabutlar Nanu ağacının əzəmətli parçalarından oyulmuşdur. Mərhumun cənazəsi bu tabutun (100 m-ə qədər) içərisində bir çox vaxt qrup, şəklində qaya çıxıntılarında və mağaralarda qoyulur. Boxalq inancına görə, dağlar bu dünya ilə cənnət arasında piləkən yolu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlərindən və heyvanlarından qoruduqlarını bildirirlər.

Bu qədim ənənə Filippinin əhalisinə görə ən sıx və böyük Luzon adasında, paytaxt Maniladan 8,5 saat məsafədəki Saqada ərazisində hələ də yaşayır.

Filippində qəribə adət

İqorot qəbiləsinin iki min ildir yaşatdığı bu ənənəyə görə, ölülər əl işi olan tabutlara qoyularaq, uçurumun kənarında asılı saxlanılırlar. İqorotların fikrincə, ölülər bu şəkildə atalarının ruhlarına daha yaxın olurlar.

Filippin haqqında

Yaşlılar ərazidəki ağac gövdələrini oyaraq öz tabutlarını hazırlayıb, bir qırağına adlarını yazırlar. Ölülər tabuta qoyulmamışdan əvvəl taxta xərəyin üzərində yarpaqlar və örtüklə bağlı vəziyyətə gətirilir və tüstülənərək çürüməsi gecikdirilir.

Filippində tabutlar

Beləliklə, yaxınları bir neçə gün boyunca cənazələrini ziyarət edib, vidalaşa bilirlər.

Deyilənlərə görə, qədimdən tabutların ölçüsü daha qısa olduğu üçün ölüləri çox vaxt ana bətnindəki pozada tabuta yerləşdirirdilər ki, buna görə onların sümüklərini sındırmaq lazım gəlirdi. Amma hazırda tabutlar iki metr uzunluqda hazırlanır.

İqorotlar qədimdən insanın dünyaya gəldiyi vəziyyətdə də dünyadan ayrılmalı olduğuna inanırdılar.

Hind qamışı yarpaqlarına sarılmış cəsədlər tabuta qoyulmamışdan öncə tabutların aşmaması üçün uçurumun dik yerinə metal çubuqlar vurulur. Ölünün yaxınları, bəxtlərinin gətirəcəyi inancı ilə su toplanmış cəsəddən öz üzərlərinə maye dammasını gözləyirlər.

Filippində qəribə adət: tabutları uçurumun kənarından asırlar

Filippində yalnız İqorotlarda bu cənazə adəti mövcuddur. Tabutları uçurumun kənarında saxlama ənənəsi Çin və Hindistanın bəzi bölgələrində də var imiş.

Hindqamışı yarpaqlarına sarılan cəsədlər tabuta qoyulmadan əvvəl tabutun dayanması üçün uçurumun divarlarına metal çubuqlar sancılır. Ölünün yaxınları inanırlar ki, ölünün sulanmış cəsədindən üzlərinə su damlasa işləri yaxşı gedəcək. Buna görə də tabutun altında dayanıb gözləyirlər.
Banqyay özü də ölümdən sonrakı həyata bu şəkildə keçmək və “turistlərin rəhbərindən onların diqqətini çəkən əşyaya” çevrilmək istədiyini bildirir.

oxu.az

Məqaləyə emosiya bildir:
emotion
11
emotion
8
emotion
1
emotion
22
emotion
0
emotion
5
emotion
3
Dostlarınla paylaş:
4 il əvvəl
7255 dəfə oxundu
ilk.az-çılar nə deyir?