Finlandiyada işlənmiş nüvə yanacağının 100 min il saxlanması üçün obyekt inşa ediləcək
Finlandiya 2026-cı ilə qədər dünyanın ilk yeraltı “Onkalo” işlənmiş nüvə yanacağı (İNY) anbarını istifadəyə verəcək. Tullantılar obyektdə təxminən 100 min il qalacaq.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “TASS” agentliyi layihənin icrasına cavabdeh olan “Posiva” şirkətinin kommunikasiya şöbəsinə istinadla məlumat yayıb.
Radioaktiv işlənmiş nüvə yanacağı suyadavamlı mis konteynerlərdə qablaşdırılacaq və 400 metrdən çox dərinlikdə qayalıq süxurlarda basdırılacaq. Onkalo layihəsi, hətta ayrı-ayrı struktur elementlərinin qismən sıradan çıxması halında belə işlənmiş nüvə yanacağın saxlanmasının təhlükəsizliyini təmin edən çoxsəviyyəli mühəndislik qurğularının yaradılmasından ibarət İsveçin KBS-3 texnologiyası əsasında yaradılıb.
Helsinki Universitetinin radiokimya üzrə professoru Qaret Lounun sözlərinə görə, Finlandiyanın bir anbar tikməsi və onun bir-iki ildən sonra fəaliyyətə başlaması yaxşı üsuldur.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
349 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)