Firəngiz Əlizadə: “İpək Yolu” Festivalı bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacaq

Firəngiz Əlizadə: “İpək Yolu” Festivalı bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacaq

Şəki şəhəri yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı üçün açıb. Yenə də gözəl Şəkidəyik, XIII Beynəlxalq Musiqi Festivalını keçiririk. Festivalımız “İpək Yolu” adlanır və biz neçə illərdir ki, bu yolla addımlayır, gedirik. Şəkililər musiqini çox sevir və böyük maraqla konsertlərimizə gəlirlər. Əminəm ki, builki festivalımız da yüksək səviyyədə keçəcək.

Bu sözləri Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə söyləyib.

İndiyədək keçirilən festivallarda dünyanın 35 ölkəsindən tanınmış musiqi kollektivlərinin iştirak etdiyini vurğulayan Firəngiz Əlizadə deyib: “Builki festivalın proqramı da çox zəngindir. Festivalda Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi kollektivləri, ifaçılar iştirak edirlər. Festivalın bağlanış mərasimində Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. İnanıram ki, möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq on üçüncü dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacaq. Musiqi, dostluq və həmrəylik bayramına çevrilən festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
8 gün əvvəl
375 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 46 dəq. əvvəl
  • 9
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 59 dəq. əvvəl
  • 10
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 2 saat əvvəl
  • 23
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 32
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 4 saat əvvəl
  • 46
İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub
İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin...
  • 6 saat əvvəl
  • 49