Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır  ŞƏRH

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

XXI əsrdə insan hüquqlarının fundamental dəyərlərə çevrildiyi bir zamanda bu hüquqları öz ambisiyaları və imperialist xisləti ilə boğmağa çalışan ölkələrin olması dünya ictimaiyyətində təəssüf doğurur. Hazırda belə ölkələrin başında özünü humanizm, demokratiya, plüralizm və insan hüquqlarının carçısı kimi tanıtmağa çalışan Fransa dayanır. Dövlətçilik tarixində siyasi inqilablara bir-birinin ardınca şahidlik edən, 5 dəfə respublika idarəetmə forması bərqərar olunan Fransa cəmiyyəti hələ də öz keçmiş imperialist buxovlarından və müstəmləkə siyasətindən yaxa qurtara bilmir. Bunun nəticəsidir ki, Fransa yeni dövrün "neokolonializm" cərəyanının ən bariz nümayəndəsi kimi dünyada mənfi imic formalaşdırıb.

Bu sözləri politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, Aralıq dənizindəki Korsika adasından tutmuş Afrikadakı bəzi ölkələri hələ də öz siyasi istibdadında saxlayan Fransa hər vəchlə yerli əhalini siyasi idarəetmədən kənar tutmağa, onların insan hüquqlarından istifadəsini məhdudlaşdırmağa və azadlığını boğmağa çalışır.

İllərdir ki, Korsika əhalisi öz ana dilində danışa, mətbuat orqanlarından yararlana və seçkilərdə namizədlər təqdim edə bilmir, bütün bunlar azmış kimi Fransanın müstəmləkə siyasəti altında da əzilir. Artıq yeni dünya nizamında Fransa kimi kolonialist siyasət yürüdən ölkələrin buxovlarından qurtulmağa çalışan dövlətlərdə insanların özünüdərki və siyasi oyanışı baş verir. Afrikanın bəzi ölkələrində fransız dilindən imtina, fransız diplomatların “persona-non-grata” elan edilməsi və müstəqillik uğrunda çıxışlar geniş vüsət almağa başlayıb. Bunun ən bariz nümunəsi isə son günlərdə Yeni Kaledoniyada kanaki xalqının öz hüquqları uğrunda mübarizəyə qalxması fonunda daha çox diqqət cəlb edir. Bu, kanaki xalqının özünün siyasi hüquqları uğrunda apardığı milli azadlıq mübarizəsidir.

“Afrika qitəsində başlamış anti-Fransa çıxışlarının, etirazlarının kökündə Fransa dövlətinin antihumanist və kolonialist siyasəti dayanır. Sürətlə inkişaf edən texnoloji dünyada millətlər və xalqlar boyunduruq altında yaşmağa yox, müstəqil dövlət kimi mövcudiyyətlərini bərqərar etməkdə israrlıdırlar. Bu, onların ümumbəşəri insan hüquqları uğurundakı mübarizəsidir. Baş verən bu cür hadisələr fonunda Fransa hakimiyyəti günahı nədənsə özündə yox, kənarda axtarmağa daha həvəslidir. Ona görə də rəsmi Paris Yeni Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır”, - deyə politoloq bildirib.

Azərbaycanın heç bir zaman hansısa dövlətə qarşı nə açıq, nə də gizli şəkildə pərdələnmiş milli zəminli siyasət aparmadığını vurğulayan Amid Əliyev əlavə edib: “Əksinə 30 il ərzində Azərbaycan dövləti və xalqı bu cür siyasətin qurbanı olub. İndi isə Fransa kimi şovinizmi, qeyri-insani davranışları təşviq edən bir dövlət öz cinayətlərini Azərbaycan adı altında gizlətməyə çalışır. Lakin yaddan çıxarmaq lazım deyil ki, bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bölgədən kənarda belə sülhün qorunmasının və dünyanın müxtəlif yerlərində baş verən münaqişələrin yeganə həlli yolunun məhz danışıqlar vasitəsilə olunmasının tərəfdarıdır. Qoşulmama Hərəkatı çərçivəsində bir sıra ehtiyacı olan dövlətlərə yardımların göndərilməsi də məhz Azərbaycanın təşəbbüsü vasitəsilə həyata keçirildi. Bütün bu faktlar qarşısında Fransanın Azərbaycana qarşı apardığı qara PR kampaniyası yalnız və yalnız acizlik əlaməti kimi qiymətləndirilə bilər”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
529 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 57 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 45