Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Fransada respublikaçıların namizədlikldən geri çəkilməsi ilə “Milli Birlik” partiyası mütləq çoxluğa nail ola bilməyəcək.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Le Nouvel Obs” jurnalı, regional mətbuat və “Le Public Senat”nın sifarişi ilə “Odoxa-Mascaret” sorğu institutunun apardığı nəticələrdə bildirilib. Vurğulanıb ki, ifrat sağçılar və onların müttəfiqləri mütləq çoxluğu qazana bilməyəcək. Qanunverici orqanda seçkilərin ikinci turuna 3 gün qalmış keçirilən sorğunun respondentləri çoxsayda respublikaçının namizədliyini geri götürməsinin nəticələrə həlledici təsir göstərdiyini bildirib. Namizədlərin geri çəkilməsi “Milli Birlik” partiyası və onun müttəfiqlərinin Milli Assambleyada yalnız 210-dan 250-yə qədər yer əldə edə biləcəyi ehtimalını əsk etdirir. Sorğu institutu vurğulayıb ki, respublikaçıların öz namizədliklərini geri götürməsi səbəbindən “Marin Le Pen” partiyası Milli Assambleyada 50 yer itirə bilər. Halbuki, ifrat sağçıların Milli Assambleyada 300 yer tutacağı hesab olunurdu.

Qeyd edilir ki, namizədliklərin geri götürülməsi ilə yaranan bu xaotik vəziyyətdə qurban təkcə ifrat sağçılar olmayacaq. Sosialistlərin yaratdığı Yeni Xalq Cəbhəsi də ikinci tura qədər təxminən 10 yer itirəcək və 140-dan 180-ə qədər yerlə ölkədə ikinci siyasi qüvvə olaraq qala bilər.

Sistematik olaraq namizədliyin geri götürülməsi manevri həqiqətən böyük bir dəyişikliyə gətirib çıxaracaq. Bu vəziyyətdə prezident düşərgəsi təxminən 40 əlavə yer qazana bilər ki, bu da 115 - 155 yer arasındadır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
364 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 32
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 41
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 6 saat əvvəl
  • 50
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 56
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 67
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 9 saat əvvəl
  • 60