Fransanı “iflic vəziyyəti”ndən çıxarmaq üçün Milli Assambleya yenidən buraxılmalıdır
Milli Assambleyanın yenidən buraxılması parlament seçkilərinin nəticələrindən sonra Fransanı siyasi iflic vəziyyətindən çıxarmaq üçün yeganə mümkün siyasi həll yoludur.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Milli Birlik (RN) partiyası sədrinin müavini Edviq Diaz söyləyib. “Biz artıq yeni seçkilərə hazırlaşırıq”, - deyə Milli Assambleyada Yeni Xalq Cəbhəsi və makronistlərdən sonra 3-cü blokun nümayəndəsi qeyd edib. O, həmçinin, bildirib ki, Baş nazirin kimliyindən asılı olmayaraq, funksiyası bloklanacaq və Fransa siyasi iflic vəziyyətində qalacaq. O, makronistlərin Milli Assambleyada yaratmağa cəhd etdikləri koalisiyanın da baş tutmayacağını diqqətə çatdırıb. Deyib ki, Assambleyadakı qrupların fərqli məqsədləri var.
“Emmanuel Makrona deyirəm ki, o, Milli Assambleyanı yenidən buraxmalıdır”,- deyə Edviq Diaz əlavə edib.
Onun sözlərinə görə, avqustun 23-dən Yeliseyə dəvət edilən digər siyasi partiyaların və parlament qruplarının rəhbərləri kimi, Marin Lö Pen və Jordan Bardellanın da iştirak edəcəkləri iclasda yeni Baş nazirin təyin olunması ilə bağlı müzakirələr aparılacaq.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
378 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)