Fransanın Yeni Kaledoniya siyasəti xarici KİV-də tənqid edilir

Fransanın Yeni Kaledoniya siyasəti xarici KİV-də tənqid edilir

Dünya mətbuatı son günlərdə Fransanın Sakit okeanda yerləşən Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasətini yaxından izləyir və prezident Makronun antidemokratik davranışlarını pisləyir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, nüfuzlu media orqanları bu barədə materialları mütəmadi şəkildə yayır.

Böyük Britaniyanın “Daily Express” nəşrinin yaydığı xəbərdə deyilir ki, Makron özünün demokratiya carçısı olduğunu israrla iddia edir. Gürcüstan xalqı küçələrə axışarkən, Makron bunu alqışlamışdı. Ancaq eyni zamanda o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda nümayişlərini hərbi güc tətbiqi ilə dayandırmaq üçün mindən çox hərbçi göndərib.

Xəbərdə Makronun guya Yeni Kaledoniyadakı gərginliyin səbəbi kimi Azərbaycanı ittiham etməsi “qəribə” adlandırılıb. Bildirilib ki, Parisin anti-Azərbaycan mövqeyinin 17 000 km uzaqlıqdakı müstəqillik mübarizəsi ilə heç bir əlaqəsi yoxdur, daha çox Fransanın daxili siyasəti ilə bağlıdır. Rəsmi Paris Azərbaycan və Ermənistan münaqişəsində açıq şəkildə Ermənistanı dəstəkləyib.

Yazıda Fransanın anti-Azərbaycan mövqeyinin əsas səbəbi də açıqlanıb: “Ona görə ki, Fransada bir milyona qədər erməni yaşayır və Makron, seçkilərdə onların səsini istəyir”.

Xəbərdə Fransanın müstəmləkəçiliyinin “acınacaqlı və qanlı tarixi”ndən də bəhs edilib. Həmçinin xəbərdə Makronun müstəmləkəçilik üçün addım atmaq və qərarlar qəbul etmək ehtiyacı patriarxal imperializm adlandırılıb.

Nigeriyanın “Blueprint” nəşri isə yazır ki, imperiyalar dövrü bitib və artıq fransız qanunvericilərinin davamlı olaraq başqalarında günah atmaqdansa, yerli əhalini dinləməsinin vaxtı çatıb. Fransanın öz vətəndaşları belə, bu açıq-aşkar yeni müstəmləkəçiliyə görə utanır və Parisdəki etiraz aksiyalarında kanak müstəqillik bayrağı dalğalanır. Lakin, bu reallıqlara daha çox diqqət yetirmək və Fransanın yayındırıcı taktikasına aldanmamaq lazımdır: “Hər şeyi xarici müdaxilənin üstünə atmaq kanak xalqının iradəsini inkar edir ki, bu da müasir Fransada müstəmləkə təfəkkürünün davam etməsinin başqa bir nümunəsidir. Yeni Kaledoniyadakı əsl xarici müdaxilə, neokolonial parislilər tərəfindən qaydaların kinli manipulyasiyasıdır”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
489 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 18
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47