Fukusima-1 AES-dən nümunə götürülməsi dayandırılıb

Fukusima-1 AES-dən nümunə götürülməsi dayandırılıb

Fukusima-1 AES-də ərimiş nüvə yanacağından nümunə götürülməsi işləri başladıqdan dərhal sonra dayandırılıb

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə AES-in istismarı ilə məşğul olan TEPCO şirkəti məlumat yayıb. Səbəb avadanlıqla bağlı problemin ortaya çıxmasıdır.

Plana əsasən xüsusi avadanlıq su borusundan daxil olaraq radioaktiv yanacaq qalıqlarından nümunə götürməli idi. Lakin işə başlayanda avadanlığın düzgün ardıcıllıqla yığılmadığı məlum olub. Buna görə də işlər dayandırılıb. Nümunə götürmək üçün işlərin nə vaxt bərpa olunacağı məlum deyil.

Qeyd edək ki, 2011-ci il martın 11-də sunami nəticəsində Fukuşima AES-in soyutma sistemi sıradan çıxıb və 6 reaktordan 3-ü əriyib. Bu, Çernobıl qəzasından sonra ən böyük nüvə fəlakəti hesab edilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
26 gün əvvəl
383 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 1 saat əvvəl
  • 15
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 2 saat əvvəl
  • 27
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 2 saat əvvəl
  • 29
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 4 saat əvvəl
  • 33
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 5 saat əvvəl
  • 42
Çempionlar Liqası: “Sabah” İsveç klubuna uduzub
Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edən "Sabah" komandası bu gün ilk...
  • 5 saat əvvəl
  • 44