Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Füzuli rayonunda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı tədbir keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, şəhid ailələri, qazilər, hərbçilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Tədbir Dövlət Himni səslənməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş Günüdür” adlı videoçarx nümayiş olunub.

Bədii hissə ilə davam edən tədbirdə, Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı təqdim olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr edilmiş bədii qiraət müsabiqəsinin qalibi, E.Piriyev adına Böyük Bəhmənli kənd tam orta məktəbin V sinif şagirdi Əliyeva Gülay “Adına Heydər dedik” adlı şeir parçasını səsləndirib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
29 gün əvvəl
392 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 25 dəq. əvvəl
  • 4
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 38 dəq. əvvəl
  • 6
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 2 saat əvvəl
  • 21
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 29
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 4 saat əvvəl
  • 42
İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub
İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin...
  • 5 saat əvvəl
  • 46