G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Aktiv oblastlarda alışmaların gücü kifayət qədər olsa da, hələlik mövcud peyk məlumatlarında Yerə yönəldilmiş heç bir tac kütlə atılması (CME) aşkar edilməyib.

Avqustun 14-dək Günəş aktivliyinin orta və yüksək səviyyədə, orta güclü alışmaların xarakterik olacağı gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrləri avqustun 7-də baş vermiş tac kütlə atılmasının təsiri hesabına artıb. Hazırda geomaqnit sahə CME təsirlərinə cavab olaraq G1 və G2 səviyyəli qasırğa şəraitindədir. Avqustun 13-14-də CME effektləri azaldıqca geomaqnit sahənin normal fon şəraitində olacağı, fasilələrlə isə fəal şəraitin davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-damar və digər xroniki xəstəlikləri olan, yaşlı insanların səhhətlərində müəyyən narahatlıq halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
382 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan xalqı Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını heç vaxt unutmayacaq
Birinci Dünya müharibəsi zamanı Azərbaycan milli-azadlıq hərəkatının liderləri böyük...
  • 34 san. əvvəl
  • 1
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.ILK.AZ Azərtac-a...
  • 14 dəq. əvvəl
  • 4
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 1 saat əvvəl
  • 22
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 2 saat əvvəl
  • 29
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 3 saat əvvəl
  • 37
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 5 saat əvvəl
  • 44