G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

“Böyük yeddilik” (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynanın bərpasına dəstək üçün istifadə etmək niyyətindədir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın G7-yə sədrliyi ilə Stresa bölgəsində keçirilən G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşə dair yayımlanan bəyanatda bildirilir.

Görüşdə qlobal iqtisadi və maliyyə sektorunda baş verən son hadisələr müzakirə edilib, geosiyasi gərginliyin artması və enerji qiymətlərindəki dalğalanma təhlükəsi səbəbindən iqtisadi irəliləyişin risklərə məruz qalmağa davam etdiyi bildirilib. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki kritik vəziyyətin beynəlxalq ticarət axını və tədarük zəncirlərində davamlılığı poza biləcəyi qeyd olunub.

Həmçinin valyuta məzənnələrindəki həddindən artıq dalğalanmalara və nizamsız hərəkətlərə qarşı xəbərdarlıq edilib.

Bildirilib ki, Rusiyanın dondurulmuş dövlət aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadəsi üçün ABŞ-ın təklifi müzakirə olunub, danışıqlarda bunun üçün potensial yollarla bağlı müəyyən irəliləyiş əldə ediblər, lakin nazirlər yekun razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın Avropa İttifaqına üzv və digər ölkələrdə təxminən 300 milyard dollarlıq aktivi dondurulub. Bu rəqəmin təkcə 228 milyard dolları Aİ-nin payına düşür.

Xatırladaq ki, İtaliya G7-yə sədrliyi ilə iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

Nihad Budaqov

Roma

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
480 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub
İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su...
  • 16 dəq. əvvəl
  • 8
Qəbələnin Uludaş kəndində 80 təsərrüfat su altında qalıb
Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra...
  • 1 saat əvvəl
  • 19
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi...
  • 1 saat əvvəl
  • 21
Sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud...
  • 2 saat əvvəl
  • 25
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 4 saat əvvəl
  • 32
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 4 saat əvvəl
  • 34