Gələcəkdə yer üzündə həyat necə olacaq?

İnsanlar gündən-günə texnologiyada irəliləyirlər. Əslində, 1 həftə sonra dünyada çox şey dəyişməyə bilər. Bəs 100 ildən sonra nələr dəyişəcək? Alimlərin gələcəklə bağlı proqnozlarını təqdim edirik.

1. Hindistanın əhalisi 2030-cu ildə Çindən çox olacaq

2030-cu ildə Hindistanın əhalisi

Uzun illər Çin dünyanın ən çox əhalisinə malik ölkəsi olub. Birləşmiş Millətlər Təşkilatının (BMT) araşdırmasına görə, Hindistan 2030-cu ilə qədər dünyanın ən çox əhalisi olan ölkəsi adını qazanacaq. Bundan əlavə, BMT 2050-ci ilə qədər ABŞ-ın ən çox əhaliyə malik üçüncü ölkə titulunu itirəcəyini və Nigeriyanın ABŞ-ı keçəcəyini proqnozlaşdırır.

2. İnsanoğlu 2030-cu ildə Marsda olacaq

İnsanoğlu 2030-cu ildə Marsda

İlk dəfə 1970-ci ildə Aya getməyi bacaran bəşəriyyətin indi yeni hədəfi var. 1877-ci ildə Asaph Hall tərəfindən kəşf edilən Mars planeti relyef formalarına görə Aydan çox fərqlənir. Bunu aşkar edən elm adamları Marsda həyatın ola biləcəyini istisna etmirlər. Marsda yeni bir dünya qurmağı planlaşdıran Beynəlxalq Kosmik Tədqiqatlar Koordinasiya Qrupu bu məsələyə xüsusi diqqətlə yanaşır. 2030-cu ildə Marsa insan göndərmək planları (ISEGG) artıq 2011-ci ildən işə başlayıb.

3. Arktika buzlaqları 2037-ci ilə qədər yox ola bilər

Arktika buzlaqları 2037-ci ildə

Bilirik ki, insanlar Yer kürəsini öz əlləri ilə dəyişdirirlər. Bəs biz Yer kürəsini öz əllərimizlə məhv etdiyimizin fərqindəyikmi? Kimyəvi qazlar ozon təbəqəsini sürətlə deşdikcə, günəş şüaları dünyaya daha çox təsir etməyə başladı. Qlobal istiləşmə məhz buna görə baş verir. Qlobal istiləşmə qütb buzlaqlarının əriməsinə, eyni zamanda dəniz səviyyəsinin qalxmasına səbəb olur. 2007-2009-cu illər arasında qütblərdə böyük buzlaqların əriməsindən sonra alimlər 2037-ci ildə şimal qütbündəki buzlaqların tamamilə yox olacağını bildirirlər. Təbii ki, əgər biz həssas olub ozon təbəqəsini məhv etməyi dayandıra bilsək və lazımi araşdırmalarla bunun qarşısını ala bilsək və ya gecikdirə bilsək, bu, sadəcə proqnoz olaraq qalacaq.

4. İnsandan daha ağıllı olan süni intellekt 2060-cı ildə istehsal olunacaq

süni intellekt 2060-cı ildə

Bu gün süni intellektlə bağlı bir çox araşdırmalar davam edir. MYOB Texnologiya mütəxəssisi Ben Rossun sözlərinə görə, süni intellekt 2040-cı ilə qədər insan intellektinə çatacaq. 2060-cı ildə isə süni intellekt insandan daha ağıllı olacaq. Bəs insan özündən daha ağıllı bir texnologiyanın öhdəsindən necə gələcək? MYOB texnologiyası bu cür müzakirələrdən asılı olmayaraq işlərini sürətləndirir.

5. Amazon yağış meşələrinin 83%-i məhv olacaq

Amazon yağış meşələri

Dediyimiz kimi, bəşəriyyət həmişə öz gələcəyinin qatili olub. Planetimizin digər kədərli dəyişikliklərindən biri də Amazon meşələrinin böyük bir hissəsinin yoxa çıxmasıdır. 2009-cu ildə İngiltərənin milli meteoroloji xidməti bir hesabat dərc edib və orada qlobal istiləşmə səbəbindən Yer kürəsində orta temperaturun 2055-ci ilə qədər 4 dərəcə artacağını açıqlayıb. Bu, gələcək böyük təhlükənin xəbərçisidir. Alimlər tərəfindən təsdiqlənən bu hesabat qlobal istiləşmənin qarşısını almaq üçün bir çox araşdırmaları sürətləndirib. Əgər hesabatda yazıldığı kimi temperatur bu cür artmağa davam edərsə, 2100-cü ilə qədər Amazon meşələri tamamilə yox olacaq.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
8842 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Rehman HUSEYINOV (1 il əvvəl)
))
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 939
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1278
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1638
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1038
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2009
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4402