Gəlin saçında yeni trendlər hansılardır?

Gəlin saç modeli seçərkən üz şəkliniz, saç stiliniz və gəlinlik paltarınızın tərzi yaxşı nəticəyə zəmin yaradacaq. Məsələn, oval üzlü gəlinlər toppuz saçlarla, dördkünc üzlü gəlinlər isə açıq və buruq saç düzümü ilə daha gözəl görünür. Bundan əlavə gəlinlik paltarının çiyinsiz olması, uzunluğu və digər amillər də gəlinin saç düzümünə təsir edir.

2022 gəlin saç trendləri

Toppuz modelləri

Toppuz modelləri

Zərif və cazibədar gəlin olmaq istəyənlər üçün sadə toppuz saç modeli düzgün seçim olacaq. Xüsusilə balıq formalı gəlinliklərlə sadə toppuz saç modeli ideal uyğunluq təşkil edir. Dağınıq toppuz gəlin saç modelləri son illərdə çox populyarlaşıb. Demək olar ki, hər beş gəlindən dördü dağınıq toppuz modelinə üstünlük verir. Hər bir toy üslubu üçün dağınıq toppuz saç modelləri arasından seçim edib rahat və müasir atmosfer yaradan sadə estetika əldə edə bilərsiniz. Hörüklü gəlin saç modeli də çox məşhurdur. Toppuzlu saç modelləri arasında hörüklü toppuz modelləri üstünlük təşkil edir. Uzun duvaqlar və ya hündür dekolteli gəlinliklər üçün hörüklü gəlin saç modelləri daha gözəl görüntü yaradır.

Uzun saçlar üçün yeni trendlər

Uzun saçlar üçün yeni trendlər

Gəlinlər adətən toylarına bir il qalmış saçlarını kəsməməyə diqqət yetirirlər. Bunun səbəbi isə bəyəndikləri saç modelini əldə etmək istəkləridir. Gəlin uzun saç modelləri dalğalı və qıvrım formada olur. Çiçəklər, taclar və saçın arxasına taxılmış süni hörüklərlə bəzədilmiş uzun gəlin saç modelləri zərif görünüş yaradır.

Qısa saçlar üçün yeni trendlər

Qısa saçlar üçün yeni trendlər

Gəlin saç modelləri arasında qısa saçlı gəlinlər üçün müxtəlif seçimlər var. Boyun və qulaq uclarındakı saçlar üçün tousled modeli yaratmaq olar. Saçın qalan hissəsinə başın yuxarı hissəsində islaq bir görünüş ya bir tərəfdən geniş bir hörük verməklə qeyri-adi forma əldə etmək mümkündür.

Əsas aksesuar: Tac

Tac gəlin saç modelləri əsasən qayışlı şahzadə gəlinliklər üçün uyğundur. Uzun və qısa saçlara tətbiq oluna bilən müxtəlif taclarla əsl şahzadə görünüşü əldə etmək olar. Tam və ya yarı gəlin saç modeli üçün tac çox canlı və qeyri-adi bir seçim olacaq.

2022-ci ilin əvəzolunmaz modeli

Maşalı gəlin saç modelləri bütün gəlinlər üçün uyğundur. Böyük dalğalı və ya yarım qıvrımlı saç modeli balıq formalı gəlinliklə gözəl uyğunluq yaradır. Açıq saçlarda rəngarəng çiçək tacları saf və təbii görünüş təmin edir. Bu səbəbdən gəlinlərin ən çox üstünlük verdiyi gəlin saç modelləri maşa ilə hazırlananlardır.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
3676 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qabarıq üz xətlərinə sahib olmaq üçün nə edə bilərik?
Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki...
  • 12 gün əvvəl
  • 397
Üz gözəlliyi üçün almacıq sümükləri niyə vacibdir?
Almacıq sümükləri qulaq, göz, burun, göz və çənə arasında yerləşən bir cüt...
  • 3 ay əvvəl
  • 853
10 ən yaxşı bədən spreyi
Bədən spreyləri markalarına görə fərqli miqdar və özəlliklərdə hazırlanan və bizə...
  • 3 ay əvvəl
  • 722
Canlı və yumşaq saçlar üçün ən yaxşı qulluq məhsulları
Fen tətbiqi, hava şəraiti, günəş, stress və yanlış saç məhsullarının istifadəsi...
  • 4 ay əvvəl
  • 651
Ən yaxşı makiyaj təmizləyici məhsullar
Makiyajınızı silərkən istifadə edə biləcəyiniz bir çox məhsul var. Həmin məhsullardan...
  • 5 ay əvvəl
  • 796
Məsamələri aradan qaldıran ən yaxşı makiyaj nümunələri
Xüsusilə yay aylarında makiyajınızın daha uzun müddət qalması üçün makiyaj astarından...
  • 6 ay əvvəl
  • 1088