
"Google Fotolar" yeni rekorda imza atdı
"Google Fotolar" tətbiqi süni intellektin gücündən yararlanaraq istifadəçilərə sonsuz foto və video saxlama imkanı təqdim etməklə bütün rəqiblərini qabaqlayır.
2015-ci ildə reallaşdırılan tətbiq ilk 5 ay ərzində 100 milyon istifadəçi qazandı. İki il ərzində istifadəçi sayı 500 milyona çatdı.
"Google Fotolar" istifadəçi sayı 1 milyardı keçdi!
"Android" əməliyyat sistemi ilə çalışan cihazlarda istifadə olunan tətbiq 1 milyard istifadəçi topladı. Bunun əsas səbəblərindən biri də tətbiqin cihazlara yüklənməsinin sadəliyidir.
Beləliklə, "Android", "Gmail", "YouTube", "Google Maps" kimi tətbiqlərin ardından 1 milyard həddini keçən doqquzuncu "Google" tətbiqi "Fotolar" oldu. Son günlərdə isə "Google Gallery Go" tətbiqi təqdim olundu.
"Google Fotolar"-dan fərqli olaraq offlayn çalışan və "Fotolar"da olan bir çox özəlliyi özündə ehtiva edən "Gallery Go" tətbiqi yalnız 10 MB ölçüsündədir.
Loading...
Dostlarınla paylaş:
1 il əvvəl
2870 dəfə oxundu
2870 dəfə oxundu
Loading...
ilk.az-çılar nə deyir?