Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan – Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev həyata keçirilən tədbirlərlə saxlanılıb. Onların yaşadıqları evlərin həyətyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib. Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
20 gün əvvəl
388 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 27 dəq. əvvəl
  • 9
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 20
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 2 saat əvvəl
  • 28
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 36
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 38
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 49