Göyçayda yağışdan sonra bəzi fəsadlar yaranıb

Göyçayda yağışdan sonra bəzi fəsadlar yaranıb

Axşam saatlarında Göyçaya yağmağa başlayan leysan xarakterli yağış və güclü külək bir sıra fəsadlara yol açıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, güclü külək səbəbindən rayon ərazisində iri gövdəli ağaclar aşaraq avtomobil yoluna düşüb, nəticədə nəqliyyatın hərəkəti qismən çətinləşib. Aşan ağaclar elektrik təsərrüfatına da zərər vurub, rayon mərkəzinin bir hissəsi də daxil olmaqla kəndlərə verilən elektrik enerjisi dayanıb.

Güclü yağışdan sonra Göyçay şəhərinin küçələrini su basıb, şəhər ərazisindən keçən suvarma arxları daşıb.

Gecə saatlarında aidiyyəti üzrə qurumlar əraziyə cəlb olunub, yolun hərəkət hissəsinə və elektrik xətlərinin üstünə düşən ağaclar kənarlaşdırılır.

Hazırda bölgədə şimşək çaxır, fasilələrlə yağış yağır, çaylarda suyun artması müşahidə olunur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
445 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 31
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 40
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 6 saat əvvəl
  • 49
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 7 saat əvvəl
  • 55
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 66
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 9 saat əvvəl
  • 59