Göz quruluğunun səbəbləri və müalicəsi

Göz yaşları gözün daha rahat hərəkət etməsini təmin edir. Göz yaşının əskikliyi gözdə yanma, sancma və qızartı kimi vəziyyətlər meydana gətirə bilər. Göz quruluğu ciddiyə alınmasa, xroniki formaya keçə bilər. Göz yaşı gözləri toz, duman, külək kimi ətraf mühit faktorlarından qoruyur.

Gözləri qırpmaqla ifraz olunan göz yaşı gözün səthinə yayılaraq gözün təmizlənməsinə və nəmləndirilməsinə imkan yaradır. Göz yaşları azaldıqda gözlərdə yanma, sancma və qızartı kimi problemlər yaranır.

Göz quruluğuna səbəb olan amillər

Göz quruluğuna səbəb olan amillər

Yaşlılıq,
Göz təzyiqi,
Kontakt linzaların istifadəsi,
Yuxu dərmanı və antidepresantlar
Lazerlə göz əməliyyatları,
Güclü işığa məruz qalma,
Revmatik xəstəliklər,
Ürək və diabet xəstəlikləri,
Menopoz,
A vitamini çatışmazlığı,
Kompüterdən aşırı istifadə,

Gözlərin qurumasına səbəb olan bir çox ətraf mühit faktoru var. Doğru bildiyiniz səhvlər və diqqətsiz davranışlar göz quruluğuna səbəb olan amillərdəndir. Uzun müddət kitab oxumaqvə kompüterə baxmaq göz qırpmağınızı məhdudlaşdırır. Uzun müddət göz qırpmamaq gözləri quruluğuna səbəb olan əsas amillərdən biridir. Bəzi dərmanlar da bu problemə gətirib çıxara bilər.

Göz yaşının tərkibində protein, yağ və elektrolit kimi maddələr var. Bu maddələrdən biri azalırsa, göz quruluğu meydana gəlir. Göz quruluğuna səbəb olan amillər:

Göz quruluğunun simptomları

Göz quruluğunun simptomları

Göz sancması
Göz yanması və qızartı
Gözlərin qaşınması
Bulanıq görmə

Göz quruluğunun müalicəsi

Göz quruluğunun müalicəsi

Əvvəlcə müalicənin müsbət nəticə verməsi üçün gözlərin qurumasına səbəb olan amil təyin olunmalıdır. Əgər insan uzun müddət kitab oxuyursa və kompüterdə işləyirsə, bu müddəti qısaltmalı və ya tez-tez qısa fasilələr verməlidir. Beləliklə, göz əzələləri rahatlaşır. Göz quruluğunun müalicəsində əsas məqsəd göz səthini nəmləndirməkdir. Hər xəstəlikdə olduğu kimi, göz quruluğunda da erkən diaqnoz çox vacibdir. Eyni zamanda, xəstəliyin xroniki hala gəlməsinin qarşısını almaq üçün həkimə müraciətedilməlidir. Schirmer göz yaşı testi, boyama və ya lampa müayinəsi kimi müxtəlif vasitələrlə göz yaşının miqdarı ölçülərək diaqnoz qoyulur. Quru gözlərin müalicəsində xəstənin diqqət yetirməli olduğu məqamlardan biri də olduğu mühiti daim nəmləndirməkdir. Quru havalı otaqlar və ofislər göz quruluğunun yaranmasına səbəb ola bilər. Həkim tərəfindən tövsiyə olunan süni göz yaşı damcıları müalicədə istifadə edilən əsas metodlardan biridir. Göz quruluğunun müalicəsində cərrahi üsullar da tətbiq olunur.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3254 dəfə oxundu
ilk.az-çılar nə deyir?