Gözəlləşdirən 5 qəhvə maskası

Qəhvənin insan orqanizmi üçün bir çox faydası var. Bu faydalardan ən məşhuru dəri və saçı gözəlləşdirməsidir. Qəhvənin əsas faydası dərini sıxlaşdırmaq, hamar etməklə bağlıdır. Qəhvə ilə gözəlləşmək istəyirsinizsə, onu davamlı istifadə etməlisiniz. Çünki dərimizdə sızanaqlı bölgələrola bilər.

Qəhvəni gözlərin altına çəkməklə qırışlardan xilas olmaq mümkündür. Belə demək mümkünsə, qəhvə yaşlanma prosesini ləngidir, gözəl görkəm bəxş edir. Qəhvə ilə gözəlləşmək üçün aşağıdakı tövsiyələri etməlisiniz.

5. Qəhvə pilingi ilə ölü dəridən qurtulun

qəhvə maskası

Hər insan üz gözəlliyinin qalıcı olmasını istəyir. Buna görə fərqli-fərqli maskalardan istifadə edirlər. Onlardan biri də qəhvə maskasıdır. Hər dəri üçün ayrı bir qəhvə maskası tələb oluna bilər, bunu həssas olmayan, normal dəri üçün tövsiyə edirik.

Tərkibi: 4 çay qaşığı zeytun yağı, 6 çay qaşığı qəhvə unu

Əvvəlcə dərinizi yaxşı yuyun və sonra qurulayın. Dərinizi təmizlədikdən sonra gözəlləşdirən qəhvə maskası qarışığını istədiyiniz yerə çəkin və 15 dəqiqə gözləyin. Tətbiq zamanı qəhvə ununu barmaqlarınızla üzünüzə sürtün və ehmalca ovuşdurun. 15 dəqiqədən sonra dərinizi ilıq su ilə təmizləyə bilərsiniz.

4. Qəhvə ilə selülit müalicəsi

Qəhvə ilə selülit müalicəsi

Qadınlar arasında ən böyük problemlərdən biri olan selülit, qəhvənin misilsiz möcüzəsi sayəsində aradan qaldırıla bilər. Kosmetika dükanlarında pul xərcləmədən bu problemdən xilas olmaq mümkündür.

Tərkibi: 1 stəkan qəhvə unu, yarım stəkan su, bir neçə damla çay ağacı yağı
Bunları qarışdırdıqdan sonra selülit olan yerlərə sürtün. Oval şəkildə yayılmasına diqqət edin. 15 dəqiqədən sonra ilıq su ilə təmizləyə bilərsiniz.

3. Göz altındakı ləkələr və şişkinliklər

Göz altındakı ləkələr və şişkinliklər

İnsanlar gözəl görünmək üçün iki şeyə böyük əhəmiyyət verirlər. Bunlardan biri üzümüz, digəri
saçımızdır. Göz altındakı ləkələri, şişkinliyi aradan qaldırmaq üzün gözəlliyi üçün mühüm amildir. Səhər içilən qəhvə tozunu gözlərinizin altına sürtün. 10-15 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq su ilə təmizləyə bilərsiniz. Bunu mütəmadi olaraq edin.

2. Bədəni sıxlaşdıran qəhvə maskası

Bədəni sıxlaşdıran qəhvə maskası

Gözəlləşdirici təsiri olan qəhvə sayəsində bədəninizin sallanan hissələrini sıxa bilərsiniz. Bu qəhvə maskası sayəsində bədəndəki məsamələr azalır, dəri sıx və hamar olur. Qəhvə unu və bal götürün. Balı isidin, qəhvəni üzərinə əlavə edin. Bu qarışığı üzünüzə sürtün. 15 dəqiqə qaldıqdan sonra təmizləyə bilərsiniz. Bu prosesi davamlı şəkildə etmək gərəkdir.

1. Sızanaq və qarana nöqtələri aradan qaldıran qəhvə maskası

Sızanaq və qarana nöqtələri aradan qaldıran qəhvə maskası

Sızanaq və qara nöqtələrdən əziyyət çəkirsinizsə, bunlar dərinin zədələnməsindən xəbər verir. Mövsümi dəyişikliklər, yemək və içmək vərdişlərinizdəki dəyişikliklər, psixoloji şərtlər zaman-zaman dərinizə təsir göstərir. Evdə hazırlayacağınız qəhvə maskası ilə bu problemi həll edə bilərsiniz. Qəhvə tozunu sızanaq çıxan yerə sürtün və səhərədək qurumasını gözləyin. Qara nöqtələr və məsamələri aradan qaldıran bu maskanı xanımlara tövsiyə edirik.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
9
emotion
0
emotion
1
emotion
1
emotion
1
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
6618 dəfə oxundu
ilk.az-çılar nə deyir?