Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir və bayram günləri qeyri-iş günü elan olunmalıdır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin müstəqil deputatı Tariel Nikaidze söyləyib.

Ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edən deputat deyib ki, milli və dini azlıqların dini bayramlarına rəsmi status verilməsi və həmin günlərin qeyri-iş günü elan olunması üçün qanunvericilik təşəbbüsü qaydasında Gürcüstan parlamentinə müraciət edilib: “Hesab edirəm ki, Qurban və Ramazan bayramlarının Gürcüstanda rəsmi dini bayram günləri olaraq qeyd olunması ölkəmizdə yaşayan müsəlman vətəndaşların haqqıdır”.

Onun sözlərinə görə, Gürcüstanda müsəlmanların heç bir bayramının rəsmi status daşımaması diskriminasiya hesab olunur. Bunun aradan qaldırılması üçün, üç ay bundan öncə dini azlıqların dini bayram günlərinin qeyri-iş günü olması ilə bağlı qanunvericilik təşəbbüsü hazırlanıb və parlamentə təqdim olunub.

“Müsəlmanları bu ölkədə kimsə ikinci dərəcəli görməməlidir. Biz bu ölkənin müsəlman vətəndaşlarıyıq və ümid edirik ki, təklifimiz müsbət qiymətləndiriləcək”, - deyə T.Nikaidze vurğulayıb.

Tbilisi

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
455 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 34
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 6 saat əvvəl
  • 43
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 7 saat əvvəl
  • 52
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 58
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 10 saat əvvəl
  • 69
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 10 saat əvvəl
  • 62