Hadise haqqında 10 maraqlı məlumat
1985-ci ildə Belçikanın Flamandiya əyalətinin Anvers rayonunun Mol qəsəbəsində dünyaya göz açan Hadise fərqli ifa tərziylə qısa müddətdə məşhurlaşıb. Bu məqaləmizdə Hadiseylə bağlı maraqlı məlumatları bir araya gətirmişik.
Türkiyənin ən məşhur qadınlarından biri olan Hadisenin pərəstişkarları çoxdur. Onun haqqında 10 qeyri-adi məqamı təqdim edirik.1. Hadisenin anasının adı Gülhinal, atasının adı Hasandır.
2. Hadise 2003-cü ildə Belçikada təşkil olunan "Idol" adlı yarışmada iştirak edib. Uğur qazanmasa da, bir çox prodüserin diqqətini cəlb edib. "2Brains" şirkəti Hadiseyə əməkdaşlıq təklifi göndərib.
3. Hadise türk, ingilis, fransız, flamand və alman dillərini bilir.
4. 2008-ci ildə "Hadise" adlı albomu işıq üzü görüb. Türk və ingilis dilində olan mahnılardan ibarət albomda yer alan "Deli oğlan" adlı mahnı hitə çevrilib.
5. 2009-cu ildə "Eurovision" musiqi yarışmasında "Dum tek tek" adlı mahnıyla Türkiyəni təmsil edən Hadisə 4-cü yeri tutub.
6. Uşaqkən çətin günlər yaşayan Hadisenin Derya və Hülya adlı bacıları və Murat adlı qardaşı var.
7. Hadise 11 yaşındaykən valideynləri ayrılır. O, mağazalarda işləyib pul qazanır.
8. Hadisenin ən sevdiyi ifaçı Beyoncedir. Ondan ilham alır.
9. 2011-ci ildən bəri davam edən "O ses Türkiye" yarışmasının münsiflərindən biridir.
10. Hadisenin bədənində 10 döymə var. Hər bir döymə onun üçün xüsusi əhəmiyyət daşıyır.
Dostlarınla paylaş:
509 dəfə oxundu
ilk.az-çılar nə deyir?