Hazırda məişət zorakılığından zərər çəkmiş 15 nəfərə reabilitasiya xidmətləri göstərilir

Hazırda məişət zorakılığından zərər çəkmiş 15 nəfərə reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 15 nəfərə xidmət göstərilir və onlardan 8-i uşaqlardır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.

Ötən dövrdə burada 23-ü uşaq olmaqla 46 nəfərlə reabilitasiya işi aparılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
421 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 36 dəq. əvvəl
  • 8
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 52 dəq. əvvəl
  • 11
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 2 saat əvvəl
  • 15
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 26
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 29
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 5 saat əvvəl
  • 40