Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mayın 11-12-də Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada, ümumilikdə, 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 “Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
4 ay əvvəl
596 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 3 dəq. əvvəl
  • 2
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 1 saat əvvəl
  • 18
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu...
  • 2 saat əvvəl
  • 27
Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir
"İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı...
  • 3 saat əvvəl
  • 33
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq...
  • 4 saat əvvəl
  • 41
Misli Premyer Liqası: "Qarabağ" "Neftçi" ilə oyunda ikinci qolu vurub  YENİLƏNİB 2
Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları...
  • 5 saat əvvəl
  • 42