Hərbi vəzifəlilər təlim toplanışında şərti düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər VİDEO

Hərbi vəzifəlilər təlim toplanışında şərti düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər VİDEO

Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində "N" hərbi hissəsində hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplanışda hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalındakı müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədilir.

Bundan başqa, iştirakçılar atış sahəsində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
488 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair...
  • 1 saat əvvəl
  • 17
Qusarçay üzərində alternativ yolu sel aparıb, Qubadan sərhədə gedən yol müvəqqəti bağlanıb
Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən...
  • 1 saat əvvəl
  • 20
İtaliyada iki minillik sarkofaq və freska tapılıb
Arxeoloqlar İtaliyanın Neapol şəhərində 2000 il əvvələ aid sarkofaq və freska...
  • 2 saat əvvəl
  • 26
İğdırda Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır
Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Qarabağ kilimlərinin...
  • 3 saat əvvəl
  • 36
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan keçib
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi...
  • 4 saat əvvəl
  • 37
İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub
İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su...
  • 5 saat əvvəl
  • 46