Həyatınızdan çıxardığınız an daha çox xoşbəxt olacağınız 7 zərərli insan tipi

Dost kimi görünən və səmimiyyətdən uzaq olan insanları özümüzə çox yaxın buraxsaq, onlardan mənfi enerji alarıq. Həyatımıza əsla daxil etməməli olduğumuz belə insan tiplərini araşdırmışıq.

Fərqində olmasaq da, vaxtımızın çox hissəsini xoşbəxtliyimizə, hisslərimizə və hətta sağlamlığımızə zərər verən insanlarla keçiririk. Ona görə də onları həyatımıza daxil edərkən diqqətli olmalıyıq.

Səmimi görünməyə çalışan, lakin zərərli təsirlərindən kənara çıxa bilməyən insanlar həyatımızın hər sahəsində yer tuturlar. Onları dərhal özümüzdən uzaqlaşdırmalı və yerlərini keyfiyyətli insanlarla doldurmalıyıq. Bizə ən çox zərər verən 7 insan tipini təqdim edirik.

Daim sizi idarə etməyə çalışan, manipulyasiya edən insanlar

zərərli insan tipi

Uzaq durulması vacib olan insanların başında daim öz dediyinin olmasını istəyən, əsas söz sahibi kimi davranan şəxslər gəlir. Həmişə sizin yerinizə qərar verən, bütün işlərinizə qarışan insanlardan uzaq durun.

Əslində, manipulyasiya edən insanları təsbit etmək son dərəcə asandır. Ona qarşı qorxu və aşırı məsuliyyət hissiniz varsa, sizi istəyinizə zidd əməllərə təhrik edirsə, deməli, o, manipulyativ insandır.

Yaxın dostum dediyi adam haqqında dedi-qodu edən insan

Yaxın dostum dediyi adam

Dedi-qodu, qeybət olduqca pis davranışdır. Sizin yanınızda digər dostunun əleyhinə danışan "dostunuz"dan uzaq gəzməyiniz məsləhətdir.

Sizin yanınızda başqaları haqqında dedi-qodu edən şəxs, başqalarının yanında sizin əleyhinizə danışar. Bu cür insanlara sirr verməyin.

İstəməsəniz də rəy verməyə davam edən insanlar

İstəməsəniz də rəy verməyə davam edən insanlar

Belə insanlarhər şeyə mız qoyan tiplərdir. Məsələn: "Sevgilinlə xoşbəxt ol, amma tənbəl adamabənzəyir" və ya "Yaşıl paltar geyinmisən, amma heç yaxşı görünmür".

Bir məqalədə yazılıb: Davamlı fikir yürüdən insanların məqsədi əslində sizə kömək etmək deyil, otaqdakı ən ağıllı insan olduğunu göstərmək iddiasıdır. Əlbəttə, xoş niyyətlə sizə yaxşılıq etməyə çalışanlar da var. Ancaq fikir bildirməyi hobbi halına gətirən, sizə diqtə etməyə çalışan insanlar da mütləq ki, aranızda yer alır. Bundan əlavə, bu cür davranış nümayiş etdirənlərin gələcəkdə manipulyasiya edən bir insana çevrilmə potensialını da unutmaq olmaz.

Olduğu mühitlə ayaqlaşa bilməyən və hər şeydən şikayətlənən insanlar

Olduğu mühitlə ayaqlaşa bilməyən

Yaxın dost sayılan insanla ən gözəl yerdə, bəzən isə ən mənasız yerdə əylənmək lazımdır. Bu, əslində yaxın dostun ən böyük faydalarından biridir. Fərqli mühitlərdə fərqli hisslər yaşayırsınız. Ən xırda şeydən şikayət edən, heç nəyi sevməyən və necə xoşbəxt olmağı bilməyən insanlarla zaman keçirmək olmur. Bu cür insanlar həyat enerjinizi vampir kimi sorub yerinə mənfi düşüncələr aşılayırlar.

Narsistlər

Narsistlər

Özünüzü bəyənmək və sevmək çox yaxşı şeylərdir, amma özünü dünyanın ən yaxşı, müdrik, yaraşıqlı və gözəl insanı kimi görmək yalnız narsistlərə xasdır. Bu tip insanlar adən sizi və ya etdiyiniz bir şeyi bəyənmirlər. Nəsə aldıqda ondan da gözəlinin olduğunu deyirlər. Fikir söylədikdə lazımsız olduğunu bildirirlər. Nəsə öyrəndiyini dedikdə bunu çoxdan bildiklərini ifadə edirlər.

Həyatında yaşananların günahını başqalarında axtaran insanlar

Həyatınızdan çıxardığınız an daha çox xoşbəxt olacağınız 7 zərərli insan tipi

Səhvlərimizin nəticələri ilə başqaları yox, özümüz qarşılaşmalıyıq. Günahı özlərində deyil, başqalarında axtaranlar da var. Onlara qısaca "məsuliyyətsiz" deyə bilərik.

Xoşbəxt olmamalarını, pis həyat yaşadıqlarını ailələri, dostları ilə əlaqələndirən insanlardan uzaq durun. Çünki gün gələcək, nələrə görəsə sizi də günahlandıracaqlar.

Sizdən asılı imiş kimi kimi yaşayan insanlar

Həyatınızdan çıxardığınız an daha çox xoşbəxt olacağınız 7 zərərli insan tipi

Məsuliyyəti dərk edən insanlara xas bir məsəl var: "Mənə balıq vermə, balıq tutmağı öyrət". Heç vaxt balıq tutmağı öyrənmək istəməyən, həmişə yanında ona balıq verən birinin olmasına çalışan insanlar da var. Bu tip insanlar sizdən asılı imiş kimi davranırlar. Sevginizi, diqqətinizi, vaxtınızı və hətta pulunuzu daima onlar üçün istifadə etməyinizi istəyirlər. Əks təqdirdə, sizdən üz döndərirlər.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4612 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
sevinc (1 il əvvəl)
Cox gozel meslehetlerdi ve yasadiqlarimiza uyqun gelir
sevinc (1 il əvvəl)
Cox gozel yazilib