Hindistanda mövcud olan dinlər

Əhalisinin 1,3 milyard olduğu Hindistanda nə qədər dinin olması maraq doğurur. Çindən sonra dünyanın ən çox əhalisi olan ikinci ölkəsi dinlərinin çoxluğu ilə də fərqlənir. Hindistanda dinlərin müxtəlif ibadət formaları var. Vaxtilə müsəlmanların nəzarətində olan bu ölkə sonralar İngiltərə müstəmləkəsi olub, indi isə hinduların hakimiyyəti altındadır.

Hindistan dünyada müxtəlif rəngləri birləşdirən, dinlərin ən müxtəlif olduğu və bir çox dildə danışılan ölkələr siyahısında birinci yerdədir. Fərqliliyinə görə mütləq ziyarət edilməli olan bir ölkədir. Hindistandakı dinlər barədə məlumatları təqdim edirik.

1. Hinduizm

Hinduizm

Hindistanın dini hesab edilən hinduizm ən çox yayılmış dini inancdır. Baxıldıqda, Hinduizm bir dindən çox ənənələr və həyat tərzləri ilə qarışan bir inancdır. Tək tanrılı bir din olmayan Hinduizmdə əksəriyyətin inandığı 3 böyük tanrı var: Rama, Şiva və Vişnu. Bu üçü ilə yanaşı, müxtəlif tanrılar haqqında da inanclar mövcuddur. Təbii ki, tanrılara əhəmiyyət verdikləri qədər bayramlarını təşkil etdikləri günəşi, ayı, çayları, dağları, meymunları, inəkləri də müqəddəs hesab edirlər. Hindistan əhalisinin 80%-nin mənsub olduğu hinduizm ölkədəki ən güclü inancdır. Bu din dünyanın 3-cü ən böyük dini olaraq tanınır.

2. İslam

Hindistanda İslam

Hindistanda bir çox dinlər birlikdə var olduğu üçün bir-birinin inancına hörmət ən yüksək səviyyədədir. İslam dini Hindistanın hər bölgəsinə yayılıb. Hindistanda müsəlmanların ibadətlərindən olan qurbanlıqda inək əvəzinə başqa heyvanlar kəsilir. Hindistanda ikinci ən böyük din olaraq qəbul edilən islam Qazeli Mahmudun Hindistana səfərləri ilə gətirilib. Hindistan İndoneziya və Pakistandan sonra müsəlmanların sayına görə üçüncü ölkədir. İslam Hinduizmdən sonra Hindistanda ən çox yayılmış din kimi qeydə alınıb. Hindistanın 13,5%-i müsəlmandır. Hazırda islam tarixində üçüncü ən böyük icma Hindistan ərazisində yaşayır.

3. Sikhizm

Sikhizm

Siyasi və hərbi baxımdan Hindistan tarixində mühüm yer tutan sikhizm 1500-cü illərdə Guru Nanak Devin quruculuğu altında yaradılıb. Baxıldığında hinduizm və islamın ortaq xüsusiyyətlərini daşıyan bir inanc olduğu düşünülsə də, bu dinə sahib olanlar hinduizm və islamı qəbul etməyərək təlimlərin birbaşa Allahdan gəldiyini iddia edirlər. Sikhizm əsasən Hindistanın Pəncab bölgəsində müşahidə olunur. Sikhizm dininə mənsub olan insanlar 5 pisliyin olduğunu düşünürlər. Bunlar eqo, şəhvət, qəzəb, şöhrətpərəstlik və maddi bağlılıqdır. Onlar Allahın insan olduğunu düşünmürlər, lakin hər kəsin Allahın oğlu olduğunu düşünürlər. Bu dinə mənsub olanları ayırd etmək olduqca asandır. Onlar kəsilməmiş saç və saqqalları, özlərinə xas geyimləri ilə asanlıqla seçilirlər. Hindistanda yaşayan insanların 1,9%-i sikhizm dininə inanır.

4. Xristianlıq

Hindistanda Xristianlıq

Hindistanda xristian dininə inanan insanlar bura Hz. İsanın imanını yaymaq üçün göndərdiyi 12 nəfərdən biri olan Tomasın gəldiyinə inanırlar. Bundan əlavə, bəzi insanlar onun Bartolomey olduğunu düşünsələr də, kitablara görə, 1544-cü ildə Francis Xavier ilə birlikdə Hindistanda xristianlıq yayılmağa başlayıb. Bu gün ölkədə çoxsaylı xristian məzhəbləri var. Əhalinin 2,3%-nin inandığı xristianlıq ölkədə ən geniş yayılan üçüncü dindir.

5. Buddizm

Buddizm

Hinduizmin bir qolu olan buddizm Asiyanın əksər hissəsinə yayılıb. Hinduizmin dəyər mühakimələrinə bənzəyən bu inancın iki əsas qaydası var: heç bir şeyin təsadüf olmadığı və hər şeyin təbiətin gücü ilə yanaşı fasiləsizlik prinsipi. Fasiləsizlik prinsipinə görə, bəzi transformasiyalar digərlərinə nisbətən çox uzun sürsə də, hər şey sonsuz bir dövrədə dəyişməyə məruz qalır. Hindistanda ən az yayılmış din olan buddizmə əhalinin 0,7%-i inanır. Bu dinə inanan insanların geyindiyi narıncı rəngli paltarlar çox açıq şəkildə özünü biruzə verir.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
1
emotion
3
emotion
1
emotion
2
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
5830 dəfə oxundu
ilk.az-çılar nə deyir?