“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən “İçəriçəhərim” adlı rəsm müsabiqəsinin vaxtı iyunun 10-dək uzadılıb.

Qoruq İdarəsindən bildirilib ki, müsabiqəyə Bakı və Azərbaycanın digər bölgələrdən müraciətlər daxil olmaqdadır. Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd peşəkar və həvəskar rəssamların daxili dünyasını göstərmək, fırça vasitəsilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdir. Rəsmlərin əsas mövzusunu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü təşkil edir.

Müsabiqə ilk 3 yerin qaliblərinə 1500, 1000 və 500 manat məbləğində pul mükafatları təqdim olunacaq. Əlavə həvəsləndiriçi mükafat qismində 4 rəssamın hər birinə 250 manat mükafat nəzərdə tutulub. Qalib iştirakçılar pul mükafatı ilə yanaşı, diplomla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, “İçərişəhərim” rəsm müsabiqəsinin qalibləri Azərbaycanın tanınmış rəssamları tərəfindən seçiləcək. Münsiflər heyətinə Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Salhab Məmmədov, Fuad Salayev, Əliyar Əlimirzəyev kimi görkəmli rəssamlar daxildir.

Müsabiqədə 18 yaşdan yuxarı peşəkar və həvəskar rəssamlar iyunun 10-dək onlayn müraciət etməklə iştirak edə bilər. Qaliblər Şirvanşahlar Saray Kompleksində mükafatlandırılacaqlar.

Müsabiqənin şərtləri ilə daha ətraflı bu linkdən (https://icherisheher.gov.az/az/news/59) tanış olmaq mümkündür.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
235 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 52 dəq. əvvəl
  • 15
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 2 saat əvvəl
  • 23
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 3 saat əvvəl
  • 33
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 41
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 4 saat əvvəl
  • 39
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 6 saat əvvəl
  • 48