İçərişəhərlə bağlı elan edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

İçərişəhərlə bağlı elan edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qədim İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü ilə bağlı elan edilmiş rəsm müsabiqəsi başa çatıb. Azərbaycanın bir parçası olan bu qədim məkanı peşəkar və həvəskar rəssamların gözü ilə göstərmək, gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməyi məqsəd kimi qarşıya qoyan müsabiqəyə qatılanların da sayı yetərincə olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “#Icherisheherim” silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi eyniadlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qoruğu İdarəsindən bildirilib ki, Bakı Fotoqrafiya Evində müsabiqəsinin qaliblərinin mükafatlandırılması və seçilən əsərlərdən ibarət sərginin açılışı olub.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, VI çağırış Milli Məclisin deputatları Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorları, Xalq rəssamları Salhab Məmmədov və Fuad Salayev çıxış ediblər.

Bildirilib ki, iki ay davam edən müsabiqəyə ölkə üzrə 300-dən çox iştirakçı rəsm əsərləri təqdim edib. Qaliblər Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Salhab Məmmədov, Aydın Rəcəbov və Əliyar Əlimirzəyev tərəfindən seçilib. Ümumilikdə, seçilən 40 əsərdən 7-sinin müəllifi qalib elan olunub. Digər 33 əsərin müəllifləri isə müsabiqədə iştirakına görə diplomla təltif ediliblər. Müsabiqədə ilk 3 yerin qalibinə (I yer 1500 manat, II yer 1000 manat, III yer isə 500 manat) və 4 rəssama (əlavə həvəsləndirici mükafat qismində 250 manat) pul mükafat təqdim edilib. Qalib iştirakçılara pul mükafatı ilə yanaşı, diplom və təşəkkürnamələr də verilib.

Müsabiqənin qalibləri sırasında ilk üç yeri müvafiq olaraq Fəxriyyə Əliyeva (“Şah sarayı”), Səidə Musayeva (“Qala izi”) və Nəzrin Xələfova (“Bakıda küləkli gün”) tutublar. Həvəsləndirici dörd mükafata isə Ramil Məmmədov (“İçərişəhərdə məscid”), Nəzrin Mütəllifli (“Yuxularda”), Rəşad Rzayev (“Buludlu bir gün”) və Samirə Vəliyeva (“Gecə karvanı”) layiq görülüblər.

Qeyd edək ki, qaliblər mükafatlandırıldıqdan sonra, qonaqlar seçilmiş rəsm əsərlərindən ibarət “#Icherisheherim” sərgisi ilə tanış olublar.

Sərgi Bakı Fotoqrafiya Evində avqustun 10-dək ziyarətçilərə açıq olacaq. Sərgiyə giriş sərbəstdir.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən “#Icherisheherim” layihəsinin məqsədi UNESCO İrs Siyahısında yer alan və ortaq bəşəri dəyərimiz olan İçərişəhəri müxtəlif tərəflərdən təqdim etməkdir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
8 gün əvvəl
360 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 42 dəq. əvvəl
  • 18
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 1 saat əvvəl
  • 27
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 2 saat əvvəl
  • 27
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 3 saat əvvəl
  • 32
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 4 saat əvvəl
  • 48
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 5 saat əvvəl
  • 51