İdarə rəisi: Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi var

İdarə rəisi: Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi var

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsi Ağdam rayonunun Quzanlı qəsəbəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi mövcuddur. Ə.Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının, etibarlı və müasir vergi ekosisteminin formalaşmasının DVX-nin gələcəyə baxışının əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov görüşü yüksək qiymətləndirib, sahibkarlar üçün faydalı olacağını vurğulayıb.

Sonda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
428 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Avropa Liqası: “Zirə" – “Şerif” oyununda ikinci hissə başlayıb  YENİLƏNİB 3
UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın...
  • 11 dəq. əvvəl
  • 4
Prezident İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki,...
  • 1 saat əvvəl
  • 21
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Mərkəzlə tanışlıq olub
Media nümayəndələrinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların...
  • 2 saat əvvəl
  • 33
Banqladeşdə etirazlar davam edir, hakimiyyət mobil interneti kəsib
Artıq bildirildiyi kimi, Banqladeşdə dövlət vəzifələrinə kvota sisteminə qarşı...
  • 3 saat əvvəl
  • 35
Zarina Təhməzova: Əsas məqsədlərimizdən biri Azərbaycanda peşə təhsilinə marağın artırılmasıdır
Bu gündən “World Skills Azerbaijan”ın təşkilatçılığı ilə “Silk Way Flavour Fest:...
  • 4 saat əvvəl
  • 40
Dünya Bankı: Qərbi Balkan ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 34 milyard avro sərmayə qoymalıdır
Qərbi Balkan ölkələri insanları və əmlakı iqlim dəyişikliyinin artan təsirindən qorumaq...
  • 5 saat əvvəl
  • 47