İlk görüşdə veriləcək suallar

İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən eyni olduğundan, həm görüş cansıxıcı olur, həm də əzbərlənmiş cavablar görüşdüyümüz insanın xarakterini başa düşməyinizi çətinləşdirir. İlk görüşdə veriləcək 7 əsas sualı təqdim edirik.

Ölməzdən əvvəl etmək istədiklərin nələrdir?

İlk görüşdə nə danışmalıyıq

Bu sual qarşınızdakı şəxsin həyatla bağlı xəyallarını ortaya qoyur. Üstəlik, verdiyi cavab sizə uyğundursa, bu xəyalı birlikdə reallaşdırma şansınız artır. Bu, bəziləri üçün paraşütlə tullanmaq, Everesti fəth etmək, səyahətə çıxmaq, digərləri üçün isə arzuladıqları restoranı açmaqla bağlı xəyal ola bilər. Kim bilir, bəlkə də məktəb və ya xəstəxana tikdirmək kimi bir məqsədi olan xeyriyyəçi ilə qarşılaşa bilərsiniz.

Sənin üçün ideal tətil nədir?

Tətil dedikdə dəniz, günəş və qumdan başqa bir şey düşünməyən biriylə tətili evdə futbola baxmaqla keçirən biri yola gedə bilərmi? Bilər, lakin bunu bəribaşdan bilmək lazımdır. Tətil hər şey demək deyil, amma deyirlər ki, dostunu ən yaxşı tətildə və ya yolda tanıyarsan. Buna görə, qarşındakı insanın tətil anlayışını əvvəlcədən bilmək faydalıdır.

Etdiyi ən böyük dəlilik nədir?

Hər kəs həyatında müəyyən dəliliklər edib. Bu xatirələrin bəzən əyləncəli anlardan ibarət olsa da, bəziləri də çətin vəziyyətə düşdüyümüz hallar ola bilər. Ancaq etdiyi dəliliyi məmnuniyyətlə söyləyir və sizi güldürürsə, deməli, özünə güvənən və əyləncəli biriylə rastlaşmısınız.

Səncə, ideal ev heyvanı hansıdır: it, yoxsa pişik?

Ev heyvanı seçimi bir insan haqqında düşündüyünüzdən daha çox şey təsvir edir. Pişik sahibləri onları olduqları kimi qəbul edir və onlara azadlıq verirlər. İtlər isə əsasən intizamlı yaşamağı sevənlərin seçimidir. Əgər hamster, su tısbağası və tutuquşu kimi maraqlı heyvan saxlayırsa, deməli, insanları fərqlilikləriylə sevir və tolerantdır.

Lotereyada böyük məbləğdə pul udarsa, ilk olaraq nə edər?

İlk görüşdə veriləcək suallar nələrdir

Yəqin hər kəs deyəcək ki, pulun bir qismini yardıma sərf edəcək. Əsas maraqlı məqam qalan pulla nələr etməyinizdir. Daşınmaz əmlak işinə girmək və ya taksi şirkəti açmaq kimi fikirlər səsləndirərsə, əsl bir maliyyəçi ilə qarşılaşmısınız. Yaxta alaraq dünyanı gəzəcəyini deyən biri isə xəyalpərəstdir.

Eyni mövsümdə yaşamalı olsaydın, hansını seçərdin?

Bəziləri qış insanıdır, qar yağanda onlardan xoşbəxt olmur, bəziləri isə yayı sevir, bikinilər, şortlar geyinmək üçün gün sayır. Qarşınızdakı şəxs qışı sevirsə, birlikdə xizək tətili keçirməyin xəyalını qura bilərsiniz. Bir yay insanları ilə görüşmüsünüzsə, açıq havada film nümayişləri və festivallara birlikdə getmək planı yaxşı seçim olacaq.

Komanda idman növlərinə, yoxsa fərdi idman növünə üstünlük verirsən?

Maraqlandığımız idman növü insanlarla ünsiyyətimizlə bağlı ipucları verir. Məsələn, basketbol, ​​futbol və beysbol kimi komanda idmanında oynamağı üstün edənlər böyük bir ünsiyyət gücünə malikdirlər. Bir komanda olaraq fəaliyyət göstərmək, əmək bölgüsü etmək, yardım almaq və etmək onlar üçün həyatın təbii axarının bir hissəsidir. Tennis, atıcılıq, üzgüçülük, qaçış kimi idman növlərini sevirsə, lider ruhlu insandır, öz işini özü görməyə çalışır.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2709 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (3)
Gizli biri (6 ay əvvəl)
Kişinin məni sevdiyini nece bilim ve ona necə sevgimi gosderim
Sevgi (11 ay əvvəl)
Men suallari vere bilmedim
S. (1 il əvvəl)
İndikilər bu suallar qarşısında sadəcə gülərlər:)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 10 ay əvvəl
  • 1250
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 10 ay əvvəl
  • 1109
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 11 ay əvvəl
  • 1281
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 1 il əvvəl
  • 1673
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 1 il əvvəl
  • 1841
Kişi qısqanclığının neyrobioloji arxa planı
Köhnə doqmalar insan duyğularının ən mürəkkəb tərəflərinin hər zaman mədəniyyət...
  • 1 il əvvəl
  • 1779