İmişlidə 4 dost şəhidin adına bulaq istifadəyə verilib

İmişlidə 4 dost şəhidin adına bulaq istifadəyə verilib

Bir məhlədə boya başa çatmışdılar, amalları məqsədləri də bir idi. Qısa ömür sürməklərinə baxmayaraq, hər biri ən uca məqama sahib olanlar sırasında yer aldı. Söhbət 4 dostdan - Məmmədli Cavidan Çimnaz oğlu, Əzizullayev Seymur Teyyub oğlu, Tağıyev Allahverdi Əkbər oğlu və Abışov Tacəddin Elşən oğlundan gedir. Qəlbləri Vətən eşqi ilə döyünən gənclər Vətənin dar günündə döyüşlərə yollanıb və qəhrəmancasına döyüşərək şəhadətə ucalıblar. Onların böyüyüb boya başa çatdığı məhlədə isə xatirələrini əbədiləşdirən bulaq istifadəyə verilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Şəhidlər bulağının açılış mərasimində İmişli və digər şəhər rayonlardan olan 200-ə yaxın şəhid ailəsi, idarə müəssisə rəsmiləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nünayəndələri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi sükutla anılıb və Dövlət Himni səsləndirilib. Çıxış edənlər şəhidlərin ən uca məqamda yer aldığından və əbədi yaddaşlara həkk olunduğundan söhbət açıblar. Bildirilib ki, onlar Vətən uğrunda canlarını fəda etməklə gələcək nəsillərə əsl örnək olublar. Daha sonra şəhid ailələrinin iştirakı ilə bulağın açılışı olub. Məktəblilərin ifasında vətənpərvərlik ruhunda şerlər səsləndirilib. Qeyd edək ki, dörd dostdan üç nəfəri - Məmmədli Cavidan Çimnaz oğlu, Tağıyev Allahverdi Əkbər oğlu və Abışov Tacəddin Elşən oğlu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində, Əzizullayev Seymur Teyyub oğlu isə 2023-ci ildə lokal antiterror tədbirləri zamanı şəhadətə ucalıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
13 gün əvvəl
382 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub.ILK.AZ...
  • 14 dəq. əvvəl
  • 2
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 1 saat əvvəl
  • 20
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 2 saat əvvəl
  • 25
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 4 saat əvvəl
  • 35
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 4 saat əvvəl
  • 42
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 5 saat əvvəl
  • 43