İndoneziyada növbəti vulkan püskürməsi baş verib

İndoneziyada növbəti vulkan püskürməsi baş verib

Bu gün səhər İndoneziyada Halmahera adasındakı İbu vulkanı püskürərək min metrədək hündürlüyə qalın kül buludları atıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı İndoneziyanın Vulkanologiya və Geoloji Risklərin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, vulkan püskürməsi yerli vaxtla səhər saat 8:11-də başlayıb və iki dəqiqədən çox davam edib. Bu, vulkanın bir həftə ərzində beşinci püskürməsidir.

Mayın 16-dan etibarən əhaliyə vulkandan dörd kilometr, kraterdən isə yeddi kilometr şimala qədər uzanan təhlükə zonasından kənarda qalmaları tövsiyə olunub.

Qeyd edək ki, dünyada daha çox vulkan püskürmələri Sakit Okeanın Alov halqasında yerləşən İndoneziyada baş verir. Son həftələr Ruanq vulkanının püskürməsi nəticəsində 12 mindən çox insan təxliyə edilib. Ötən ilin dekabrında Sumatranın ən aktiv vulkanlarından biri olan Maralinin püskürməsi və ətrafa üç kilometr hündürlükdə boz kül buludları atması nəticəsində 20-dən çox insan həlak olmuşdu.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
503 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 6 dəq. əvvəl
  • 2
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 12
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 25
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 36
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 41