İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonun rəhbərlik etdiyi nümayəndə heyəti Şirvan Milli Parkının Salyan rayonunda yerləşən ərazisini ziyarət edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə qonaqlar milli parkın girişində əl işləri, qlobal istiləşmə, səhralaşma ilə bağlı təbiət təsvirləri, xalçaçılıq sənət nümunələri və həsir toxunuşundan ibarət sərgi ilə tanış olublar.

Sonra Qızılqaz marşrutu üzrə safari turu təşkil olunub.

Tur çərçivəsində qonaqlara həmin milli park haqqında məlumat verilib. Bildirilib ki, yarımsəhra, çöl, düzən gölü, su-bataqlıq ərazisi, dəniz sahili landşafta malik milli park olduqca zəngin biomüxtəlifliyə malikdir. Burada adları “Qırmızı kitab”a daxil olan növlərdən ceyran, qamışlıq pişiyi, adi qızılqaz, bəzgək və s. heyvan və quşlara rast gəlinir.

Sonra qonaqlar milli parkın ərazisində ceyran sürüsünü müşahidə ediblər. Bildirilib ki, Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.

Beynəlxalq ekspertlərin iştirakı ilə aparılmış sayılma prosesi nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərində ceyran populyasiyasının sayının ümumilikdə 8 mindən çox, təkcə Şirvan Milli Parkı ərazisində isə 7 mindən artıq olduğu müəyyən edilib

Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, WWF və IDEA İctimai Birliyinin dəstəyi ilə 2010-cu ildən həyata keçirilməyə başlanılan “Azərbaycanda ceyranların reintroduksiyası” layihəsi uğurla davam etdirilir. Ötən dövr ərzində 370 baş ceyran ölkənin müxtəlif məkanlarına, tarixən ceyranların yaşadıqları ərazilərə reintroduksiya olunub.

İnger Anderson, həmçinin milli parkın ərazisində turistlərə təklif olunan qutabın da dadına baxıb, hətta özü də bişirilmə prosesində iştirak edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
23 gün əvvəl
409 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 31 dəq. əvvəl
  • 14
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 42 dəq. əvvəl
  • 15
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 1 saat əvvəl
  • 24
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 38
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 43
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 5 saat əvvəl
  • 49