İngiltərə və Uelsdə məhbusların sayı rekord həddə çatıb
İngiltərə və Uelsdə həbsdə olan insanların sayı rekord səviyyəyə çatıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, son dörd həftədə bu rəqəm demək olar ki, min nəfər artıb. Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda 88350 nəfər həbsdədir. Bu, bir həftə əvvəlki göstəricidən 116 nəfər çoxdur. Həmçinin bu, 2011-ci ildən bəri həftəlik məhbus sayı ilə bağlı məlumatların ilk dəfə dərc edilməsindən sonra qeydə alınan ən yüksək həftəlik göstəricidir.
Son həftələrdəki kəskin artım, ölkənin müxtəlif yerlərində baş verən iğtişaşlarda iştirak edən insanların məhkəmə tərəfindən həbs olunması ilə əlaqədardır.
AZƏRTAC-ın xüsusi müxbiri
London
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
16 gün əvvəl
326 dəfə oxundu
326 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)