İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

İngiltərədə uşaqların təhlükəsizliyini artırmaq üçün başları ilə futbol oynamaq qadağan ediləcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ölkənin Futbol Assosiasiyası 11 və daha aşağı yaşda olan uşaqlar üçün bütün komanda oyunlarında başla topa vurmağı tədricən qadağan etməyə başlayacağını açıqlayıb. İdeya təxminən iki il sınaqdan keçirilib. Qəsdən baş zərbəsi cərimə zərbəsi ilə cəzalandırılacaq.

7-9 yaş arası uşaqlar növbəti mövsümdən, 10 yaşa qədər uşaqlar 2025-2026-ci illər mövsümündən, 11 yaşa qədər uşaqlar isə 2026-2027-ci illər mövsümündən topu başla oynaya bilməyəcəklər. 12 yaşından etibarən isə buna icazə veriləcək.

Qeyd edək ki, bu qadağa keçmiş futbolçuların daha çox beyin problemlərindən ölmə ehtimalının yüksək olması ilə əlaqədar aparılan araşdırma fonunda həyata keçirilir. Məsələn, peşəkar futbolçuların demansdan ölmə ehtimalı eyni yaşda olan orta insana nisbətən 3,5 dəfə yüksəkdir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
518 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 45 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 45