İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı  ŞƏRH

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Azərbaycanın xarici dövlətlərlə əməkdaşlığı, qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsi bütün sahələrdə inkişafa zəmin yaradır. Beynəlxalq aləmdə yüksək nüfuza, iqtisadi yüksəlişə, ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə və birliyinə malik olan dövlətimiz özünə daim yeni dostlar, tərəfdaşlar axtarışındadır. Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər zamanı çox mühüm sənədlərin imzalanması əməkdaşlığa verilən böyük önəmin göstəricisidir və hər iki dövlətin milli maraqlarına uyğundur. Prezident İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini qiymətləndirərək bildirib ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.

O qeyd edib ki, səfər zamanı ölkələr arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu uğurun başlanğıcıdır və gələcəkdə özünün daha yaxşı nəticələrini göstərəcək. Bunu müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər bir daha təsdiq edir. Dünyada yaranmış geosiyasi vəziyyət və Azərbaycan torpaqlarının uzun illər təcavüzə məruz qalması, ərazilərimizin hərbi yolla geri qaytarılması müdafiə qüdrətimizin gücləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur və Slovakiya ilə bu sahədə əməkdaşlığa önəm verilməsi çox əhəmiyyətlidir.

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və xarici dövlətlərlə energetika sahəsində əməkdaşlıq genişlənməkdədir. Ölkəmiz hazırda dünyanın 8 ölkəsinə təbii qazını ixrac edir. Slovakiya 9-cu ölkə olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün imkanlar yaranıb. Bu səfər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sərmayə layihələrinin reallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması diqqət mərkəzində olub. Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra ediləcəyi yüksək qiymətləndirilib və müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər qeyd edilib”, - deyə T.Rzayev vurğulayıb.

”Slovakiyanın Baş naziri mətbuata bəyanatında Azərbaycanın haqq-ədalət mübarizəsini yüksək qiymətləndirərək bildirib: ”Siz suverenliyə gəldikdə nümunə ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz”. Robert Fitsonun ölkəmizə səfəri sözsüz ki, beynəlxalq münasibətdə də özünün müsbət nəticələrini göstərəcək. Hər iki dövlət sülh, demokratiya, təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış edəcək və bu insanların xoşbəxt həyatına, ölkələrin inkişafına öz töhfəsini verəcək”, - deyə deputat vurğulayıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
262 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 1 saat əvvəl
  • 17
Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan...
  • 2 saat əvvəl
  • 25
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək
Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə...
  • 2 saat əvvəl
  • 27
Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub
Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl Səudə pnevmoniya...
  • 3 saat əvvəl
  • 32
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən...
  • 5 saat əvvəl
  • 40
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Parisin Orli, Le Burje və Şarl de Qoll hava limanlarının işçiləri Olimpiya Oyunları zamanı...
  • 5 saat əvvəl
  • 44