Instagram üzərindən necə pul qazanmaq olar?

İnstagramdan pul qazanmağın yolları, instagram hesabdan necə pul qazanmaq olar? İnstagramdan pul qazanmaq ümumiyyətlə mümkündürmü? Bu məqaləmizdə instagramdan pul qazanmağın yollarını araşdırdıq!

Əvvəlcə 7 saniyəlik video paylaşma şəbəkəsi olan Instagram infrastrukturunu inkişaf etdirərək 15 saniyəlik video əlavələrinin paylaşıldığı təsirli bir sosial media platforması oldu. Daha sonra 1 dəqiqəlik və daha uzun video yerləşdirə biləcəyimiz bir platformaya çevrildi. Bununla da internetdən pul qazanmaq istəyən insanların istifadə etməyə başladığı bir şəbəkəyə çevrildi. Bəs bundan necə istifadə etmək olar? İnstagramdan necə pul qazanmaq olar?

Instagram pul qazanmaq

İnstagram hesabımdan necə pul qazana bilərəm?

Instagramdan pul qazanmaq səbr və əzm tələb edir. Milyonların maraqla izlədiyi instagram səhifələrindən birinə çevrilmək üçün çox əziyyət çəkmək lazımdır. İnstagramdan pul qazanmağı düşünürsünüzsə səhifəniz aşağıdakı şərtlərə cavab verməlidir:

  1. Maraqlı və unikal səhifə adı
  2. Cəlbedici paylaşımlar
  3. Çoxlu "Follower" toplamaq
  4. İnstagram qayda-qanununa əməl etmək
  5. Digər səhifələr ilə əməkdaşlıq

Gəlin indi yuxarıda qeyd etdikləmizi daha aydın izah edək! İnstagram səhifənizin adı hamıdan fərqli, cəlbedici və maraq yaradan olmalıdır. Təbii ki, ada uyğul olaraq da yaradıcı bir logonun olmağı pis olmaz. Paylaşımlar özənlə toplanmalı, redakte olunmalı və cəbedici olmalıdır. Bəlkə də bu ən önəmli şərtdir. Digər səhifələrdən götürdüyünüz kontenti eyni formada öz instagram səhifənizdə paylaşsanız bu çox uğursuz olacaq və kopyalanmış kontent sayıldığına görə sizin yeni follower qazanmaq istəkləriniz puç olacaq. İnstagram səhifədən pul qazana bilmək üçün səhifənin çoxlu izləyicisi olmalıdır.

instagram səhifədən pul qazanmaq yolları

Səhifəyə çoxlu izləyici cəlb etmək üçün sizin paylaşdığınız şəkillərin və videoların axtarış bölməsinə (kəşf et) düşməsi gərəkdir. Bu zaman sizin səhifəni daha çox instagram istifadəçisi görəcək və təqib edəcəkdir. 

Paylaşımlar Kəşf et-ə necə düşə bilər?

Instagramda paylaşdığınız şəkil və videoların kəşf et-ə düşməsini istəyirsinizsə ilk öncə yuxarıda qeyd etdiyimiz kimi kontent unikal və maraqlı olmalıdır. İkinci şərt isə öz səhifəniz səviyyəsində digər səhifələrlə əməkdaşlıq etməlisiniz. Qarşılıqlı bir-birinizin səhifələrini follow edin.  Bir-birinizin paylaşımlarını bəyənin. Sadecə bir nüansa fikir vermək lazımdır ki, qarşılıqlı izlədiyiniz səhifə panel səhifə, yalan bəyənmə toplamış bir səhifə olmasın. Qarşılıqlı bəyənməkdə məqsəd ondan ibarətdir ki, sizin paylaşdığınız şəkilləri və videoları sizi izləyən səhifənin bütün izləyiciləri öz kəşf et bölmələrində görəcəklər. Bununla da sizin səhifənizin sürətlə yüksəlməksəhifədən pul qazanmaq şansınız yaranacaq!

Paylaşımlar Kəşf et-ə necə düşə bilər?

İnstagram bəyənilərindən pul qazanmaq mümkündür?

Instagram səhifənizdə paylaşımlarınızı kimsə bəyəndiyində pul qazanmaq mümkün deyil. Ancaq bu pul qazanmağa aparan yoldur deyə bilərik. İnstagram səhifənizdən pul qazanmaq üçün səhifənizin izləyicilərini doğru yönləndirməlisiniz və səhifəni daima aktiv saxlamalısınız. Paylaşımların instagramın qayda-qanunlarına uyğun olduğuna, müəllif huququnu pozmadığına əmin olmalısınız. Daha sonra isə səhifənizdə reklamlar qəbul edə, alış-veriş səhifələri ilə ortaq olaraq pul qazanmağa başlaya bilərsiniz.

İnstagram səhifələri nə qədər qazanır?

Bu sual da yəqin çoxunuzu maraqlandırır. Aktiv istifadəçisi olan İnstagram səhifələri təxminən aşağıda qeyd etdiyimiz məbləğləri qazanır.

  • 10k follower - 20AZN (ayda)
  • 50k follower - 60AZN (ayda)
  • 100k follower - 150AZN (ayda)
  • 500k follower - 400AZN (ayda)

İnstagramdan pul qazanmaq mövzusunda çalışdıq sizə bacardığımız qədər köməklik edək. Az da olsa xeyirinizə olacaqsa buna görə çox xoşbəxt hiss edərik özümüzü. Məlumatları öz dostlarınızla da paylaşmağı unutmayın.

İnternet üzərindən başqa necə pul qazanmaq olar?

Məqaləyə emosiya bildir:
3 il əvvəl
9563 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (10)
Hikmət (1 il əvvəl)
Pul qazanmaq istəyirəm
Amanoff_cko (1 il əvvəl)
Salam 10k oldusa hesabım mən kimdən hər ayda 20manat alaram ?
Cena (3 il əvvəl)
Aleykum Salam Omar.necesiz dostlar
Super Omar (3 il əvvəl)
Salam dostlarr
Papyrus (3 il əvvəl)
Salam Ninja Yusif ve Samsung
Sans (3 il əvvəl)
dostlarim geldi
Samsung (3 il əvvəl)
Salam dostum Yusif
Ninja Yusif (3 il əvvəl)
salamm
Xeyal (3 il əvvəl)
Profil parolu qirmaq
Sosqa (3 il əvvəl)
Pis
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 7 ay əvvəl
  • 1573
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 10 ay əvvəl
  • 1404
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 10 ay əvvəl
  • 1487
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 11 ay əvvəl
  • 2344
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 11 ay əvvəl
  • 1552
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 11 ay əvvəl
  • 1492