İnternetə ən sürətli qoşulan smartfonlar bəlli oldu

Smartfonların işləmə sürətini qiymətləndirən populyar “AnTuTu” saytı mobil rabitə şəbəkəsi daxilində və “Wi-Fi” vasitəsilə ən yüksək məlumat ötürmə sürətinə malik modellərin siyahısını tərtib edib.

Şəbəkənin sürətinin ölçülməsi funksiyası saytın yeni “V8” versiyasına əlavə olunub. Bu rejimdə məlumatların ən yüksək yükləmə və boşaltma sürəti, orta bağlantı sürəti, eləcə də paketlərin itirilməsi və yubanması kimi parametrlər nəzərə alınır.

İnternetə ən sürətli qoşulan smartfonlar bəlli oldu

Mobil şəbəkəyə qoşulan modellər arasında ən yaxşı nəticəni “5G” modulu ilə təchiz edilən qabaqcıl “Huawei Mate 30 Pro” smartfonu nümayiş etdirib. Onun orta yükləmə/boşaltma sürəti müvafiq olaraq 125,52 və 27,35 Mbit/saniyə təşkil edib. Bu, siyahıda məlumat yükləmə sürəti 100 Mbit/saniyəni üstələyən yeganə model olub.

İnternetə ən sürətli qoşulan smartfonlar bəlli oldu

İkinci pillədə böyük fərqlə “Mate 30 5G” versiyası qərarlaşıb (87,82/23,31 Mbit/saniyə). Üçüncü mövqedə Çin istehsalçısının daha bir modeli – “Huawei Mate 9 Pro 5G” (69,83/24,10 Mbit/saniyə) yer alıb. Bundan başqa, “Xiaomi Mi 9 Pro 5G”, “Vivo NEX 3 5G”, “Vivo iQOO Pro 5G” və “5G” dəstəkli digər brendlər də yaxşı nəticələr nümayiş etdirib. Qoşulma dəstəyi “4G” şəbəkəsi ilə məhdudlaşan modellər isə bir sıra hallarda maksimal yükləmə sürətinə görə 5 dəfə geri qalıblar.

İnternetə ən sürətli qoşulan smartfonlar bəlli oldu

“Wi-Fi” vasitəsilə bağlantı sürətinin ölçülməsi zamanı ilk üçlüyə yenə də “Huawei” qurğuları sahib çıxıb: “Mate 30 Pro 5G (93,27/32,51 Mbit/saniyə), “Mate 30 5G” (80,30/31,46 Mbit/saniyə) və “Mate 30 Pro” (73,36/31,25 Mbit/saniyə). Dördüncü pillədə “Samsung Galaxy Note10+ 5G” (73,08/32,10 Mbit/saniyə) qərarlaşıb. Liderlər beşliyini “Huawei Mate 20” (70,42/31,44 Mbit/saniyə) tamamlayıb.

İnternetə ən sürətli qoşulan smartfonlar bəlli oldu

ictnews.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6830 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 933
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1270
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1633
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1034
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2002
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4392