İntiqam filmləri - IMDb balı yüksək olan ən yaxşı qisas filmləri

Həyəcanlı səhnələri ilə diqqət çəkən ən yaxşı qisas filmlərinin siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

Film tarixinə öz damğasını vuran ən yaxşı intiqam filmləri siyahısını bir məqalədə sizlər üçün topladıq. IMDb balına görə sıraladığımız siyahıda ən çox izlənənən populyar intiqam, qisas filmləri yer almaqdadır.

Nəfəs dərmədən izləyəcəyiniz intiqam mövzulu ən yaxşı 20 film

Həm ssenarisi, həm də aktyor heyətilə önə çıxan qisas filmlərinə nəzər salın.

1. “The Foreigner” (2017) – IMDb: 7.0

The Foreigner

Ceki Çan və Pyers Brosnanın baş rollarını ifa etdiyi filmdə terror hücumu zamanı qızını itirən Kuanın intiqam üçün apardığı mübarizə öz əksini tapıb. Kiçik restoran sahibi olan Kuan bir gün qızının öldürüldüyünü öyrənir. Bu cinayətin araşdırılmasını istəyən Kuan olayın kimlərsə tərəfindən ört-basdır edildiyini anlayır. Ceki Çan filmdə mükəmməl aktyor işi nümayiş etdirib.

Treyler

2. “Desperado” (1995) – IMDb: 7.2

Desperado

Filmdə El Mariaçi adlı şəxsin sevgilisinə edilən hücumdan sonra qisas almaq üçün mübarizəsi təsvir olunub. Buço adlı adam tərəfindən gitar çaldığı barmaqları qırılıb qətlə yetirilən sevgilisinin qisasını almaq üçün Meksika küçələrini birər-birər gəzir.El Mariaçı düşmənini tapmaq ərəfəsində rastlaşdığı Karolinaya aşiq olur. Eşq, musiqi, xəyanət və digər məqamlar filmdə bir araya gətirilib.

Treyler

3. “Ghajini” (2008) – IMDb: 7.3

Ghajini

Bollivudun tanınmış filmlərindən biri olan “Ghajini”də baş rolu Əmir Xan canlandırıb. Qisas ssenarisi ilə diqqət çəkən filmdə zəngin iş adamı Sancay Sinqanyanın sevdiyi qadını Qhajini adlı mafiya liderinin gözləri önündə öldürməsi və bundan yaranan intiqam hissi əks olunub. Sevgilisinin öldürüldüyü olayda Sancay başından zərbə alır və hər 15 dəqiqədən bir yaddaşını itirir. O, intiqama, düşmənlə mübarizəyə hazırdır.

Treyler

4. “John Wick” (2014) – IMDb: 7.4

John Wick

Məşhur aktyor Kenu Rivsin baş rolda yer aldığı filmdə keçmiş snayper olan Con Vikin itini öldürən 3 qanqster və onların Con tərəfindən məhv edilməsindən bəhs olunur. Filmin rejissoru Devid Litç və Çad Stahelskidir.

Treyler

5. “Law Abiding Citizen” (2009) – IMDb: 7.4

Law Abiding Citizen

Ən yaxşı qisas filmlərindəndir. Rejissoru F. Qrey Qreydir. Filmdə bir şəxsin evinə girən quldurların arvadını və qızı öldürməsi və bundan sonra onun ədalət axtarışı əks olunub. Quldurlardan birinin məqsədli şəkildə istiadə olunduğunu öyrənən Klayd Şelton həmin cinayətkarı öldürür. Prokuror Nik Raysa bu haqsızlığı yoluna qoymayacağı təqdirdə digər günahkarları da öldürəcəyini deyir. Günahkarları tək-tək öldürən Klayd şəhər sakinlərini qorxudur.

Treyler

6. “Irreversibl”(2002) – IMDb: 7.4

Irreversibl

Rejissoru Qaspar Noy olan filmdə Paris küçələrində yaşanan təcavüzdən sonra intiqam üçün hərəkətə keçən gənc qadından bəhs olunur. Dostlarıyla əylənmək üçün bara gedən qadın evə qayıtdıqda izləndiyini anlayır. Qaça bilmir, hücuma məruz qalır. Baş rolları Monika Belluççi və vinsent Kassel ifa ediblər.

Treyler

7. “The Skin I Live In” (2011) IMDb: 7.6

The Skin I Live In

Qəzada yanan arvadının yanan dərisi üçün çarə axtaran stetik cərrah Robert Ledqard donuz və insan qanından yeni dəri əldə edir. Ancaq arvadı özünü blə gördükdə intihar edir. Bir neçə il sonra Ledqardın qızı təcavüzə uğrayır. O, intiqam almaq üçün həkim Frankeynşteynə çevrilir. Baş rolda Antonio Banderas çıxış edib.

Treyler

8. “I Saw The Devil” (2010) - IMDb: 7.8

I Saw The Devil

Cənubi Koreya kinosunun ən yaxşı nümunələrindən biridir. Silsilə qatil və onu ələ keçirməyə çalışan polisdən bəhs olunur. Keçmiş polis zabitinin qızını qaçıran Kyunq-çul onu öldürü. Qızın nişanlısı olan agent Dae-hon qatilin izinə düşür.

Treyler

9. “The Man from Nowhere” (2010) – IMDb: 7.8

The Man from Nowhere

Agentliyi kənara qoyub sakit həyat yaşayan Tay-sikin ətrafında sevdiyi kimsə yoxdur. Yalnız qonşusunun kiçik qızı So-mini öz qızı kimi istəyən Tay-sik onun qaçırıldığını öyrəndikdə hərəkətə keçir. Qızın anasının narkotik qaçaqmalçılarının tələsinə düşdüyünü öyrənən agent onlarla razılıq aparmaq istəyir, lakin alınmır.

Treyler

10. “The Outlaw Josey Wales” (1976) – IMDb: 7.9

The Outlaw Josey Wales

Klint İstvudun həm rejissorluq etdiyi, həm də aktyor kimi oynadığı filmdə Bill Makkini və Con Vernon kimi aktyorlar çəkilib. Filmin mövzusu ailəsini vəhşicəsinə öldürənlərdən intiqam alan Velsin bir qrup qatil tərəfindən təqib olunmasıdır.

Treyler

11. “Revenant” (2015) – IMDb: 8.0

Revenant

Leonardo di Kaprioya Oskar mükaatı qazandıran film XIX əsrin Amerikasında ovçuluq və kürkçülük edərək yaşamağa çalışan Haq Qlassın həyatda qalmaq mücadiləsi və intiqamı yer alıb. Ayı hücumuna məruz qalan Qlass ağır yaralanır. O, bütün çətinliklərə baxmayaraq həyatda qala bilir. İntiqam üçün mübarizə aparır.

Treyler

12. “Kill Bill: Vol. 1” (2003) – IMDb: 8.1

Kill Bill: Vol. 1

Kuentin Tarantinonun məşhur filmində baş rolu Uma Turman canlandırıb. Əsas obraz keçmiş komanda yoldaşları və Billdən intiqam almaq istəyir, çünki toy günü Bill ona zərər verib. Onun qarşısında çoxlu insan var.

Treyler

13. “Braveheart” (Cəsur ürək) (1995) – IMDb: 8.3

Braveheart

İsveç xalq qəhrəmanı Vilyam Volasın ingilislərə qarşı mübarizəsini əks etdirən film böyük izləyici kütləsi qazanıb. İllər sonra İsveçə qayıdan Volas əkinçiliklə məşğul olur. Uşaqlıq sevgisi olan Murronla qarşılaşır. Bir neçə ingilis əsgəri təcavüz etmək üçün Murrona hücum dir, Volas onları zərərsizləşdirir. Ancaq gənc qızı öldürürlər. Volas bundan qəzəblənib xalqı ingilislərə qarşı mübarizəyə səsləyir.

Treyler

14. “Inglourious Basterds” (2009) – IMDb: 8.3

Inglourious Basterds

Tarantinonun ən məşhur filmlərindəndir. II Dünya müharibəsi zamanı nasistlərlə mübarizə aparan bir qrup insanın həyatı təsvir olunub. Müharibədə ailəsini itirən Şosanna yeni həyat qurmaq üçün Parisə qaçır. Bu zaman almanlarla mübarizə aparan təşkilatın lideri olan yəhudi Reyne ilə qarşılaşır. Filmdə baş rolları Brd Pitt və Diane Kruqer ifa ediblər.

Treyler

15. “Oldboy” (2003) – IMDb: 8.4

Oldboy

Bir gecə qaçırılan və heç bir izahat verilmədən 15 müddətinə həbs edilən Oh Dear-su uzun illər sonra sərbəst buraxılır. Başına bu işin niyə gəldiyini araşdıran Oh Dear-su keçmişdə yaşadığı bir olay nəticəsində bu işlərin başına gəldiyini öyrənir. Həqiqəti tapmaq üçün çıxdığı yol onu daha da incidir.

Treyler

16. “Django Unchained” (2012) – IMDb: 8.4

Django Unchained

Filmdə baş rolları Leonardo di Kaprio, Ceymi Foks və Kristofer Voltz ifa ediblər. Rejissoru Kuentin Tarantinodur. Kölə Dyanqo və Kinq Şultsun yollarının kəsişməsilə başlayan hekayə Dyanqonun arvadının qul kimi qaşırılmasından sonra daha da uzanır. Birlikdə mücadilə edən Dyanqo və Şults ölkənin hər qarışını dolaşırlar.

Treyler

17. “Memento” (2000) – IMDb: 8.4

Memento

Kristofer Nolanın psixoloji üslubda çəkdiyi filmdə qısa müddətli yaddaş problemi olan şəxsin arvadını öldürənləri axtarması əks olunub. Həyatını dəyişdirən, bahalı geyimlər geyinən,”Yaquar” sürən Şelbi bütün bunları arvadının qatilini tapmaq üçün edir. Ancaq onunintiqam almaq istəyi yaddaş pozğunluğuna görə çətinləşir.

Treyler

18. “Gladiator” (2000) – IMDb: 8.5

Gladiator

Məşhur aktyor Rassel Krovun ən yaxşı filmi olan “Qladiator” böyük intiqam ssenarisi ilə məşhurdur. Atası Markus Aureliosu taxtından salan Kommodus gücü əlinə aldıqdan sonra general Maksimus və ailəsini öldürməyi əmr edir. Hücumdan qurtulan Maksimus arenalarda qladiator kimi döyüşür. Qısa müddətdə məşhurlaşan maksimusun yeganə məqsədi Kommodusdan intiqam almaqdır.

Treyler

19. “Leon: The Professional” (1994) – IMDb: 8.5

Leon: The Professional

Filmdə işinin ustası olan bir snayper və azyaşlı qızın hekayəsi əks olunub. Ögey ailəsinin yanında pərişan qalan Matildanın başına iş gəlir. Atasının narkotik şəbəkəsi ilə problemləri olduğu üçün bütün ailə üzvlərini öldürürlər. Matilda qaçır və snayper qonşusunun evinə sığınır. O, ailəsini öldürənlərdən intiqam almaq üçün tətikçi olmağı öyrənir.

Treyler

20. “Joker” (2019) – IMDb: 8.6

Joker

Filmin rejissoru Todd Filipsdir. Xoakin Foeniks, Robert De Niro və Zazye Beetz kimi aktyorlar filmdə çəkilib. Həyatın hər zaman açı üzü ilə qarşılaşan Artır Flek özünü tənha hiss edir. Bir vaxtlar klounluq edən Artur get-gedə insanlardan qaçır və psixoloji problemlər yaşayır. O, Qotham şəhərində yaşayan insanlardan və həyatdan intiqam alır.

Treyler

Məqaləyə emosiya bildir:
emotion
6
emotion
0
emotion
1
emotion
0
emotion
1
emotion
1
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
8221 dəfə oxundu
ilk.az-çılar nə deyir?